Azərbaycanla üç vacib problemi həll etmədən Ermənistanın gələcəyi olmayacaq – Kuznetsov

28.06.2021 - 18:42

 

Azərbaycanla üç vacib problemi həll etmədən Ermənistanın gələcəyi olmayacaq - Kuznetsov

 

Seçkilərdən həm əvvəl, həm də sonra Ermənistanın qarşısında üç qlobal problem dayanıb və bu problemləri yeni parlament və hökumət həll etməlidir.

Bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq: “Birincisi, Qarabağdan imtina və bunun Azərbaycanın hissəsi kimi tanınması, ikincisi Azərbaycanla dövlət sərhədinin demarkasiyası, üçüncüsü, Zəngəzur dəhlizinin açılmasıdır. Bu problemlərin hansı ardıcıllıqlar həll olunacağı vacib deyil. Bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq. İstənilən halda bu ölkənin əhalisi və hökuməti ambisiyalarla rifah arasında seçim etməlidir”.

Ekspert Ermənistanın mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi” barədə indiyədək danışmasını da şərh edib. O bildirib ki, bu cür açıqlamalar ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulub:

“Bundan başqa, rəsmi Yerevan bununla bəzi xarici tərəfdaşlarına, məsələn, Fransa prezidenti Makrona xidmət edir. Gələn il Fransada prezident seçkiləri keçiriləcək və Makrona erməni diasporunun səsləri çox vacibdir. Əgər Ermənistanın rəsmi şəxsləri heç bir Ermənistan-Azərbaycan münaqişəsinin olmadığını bəyan etsə, Makron beynəlxalq vəziyyətdən anlayışı olmayan biri kimi qəbul ediləcək və bu onun onsuz da aşağı olan reytinqinə daha da ciddi zərbə vuracaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164604

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930