“Bakı Bəyannaməsi” çox mühüm regionu əhatə edir – Arzu Nağıyev

27.07.2021 - 18:10
“Bakı Bəyannaməsi” çox mühüm regionu əhatə edir -  Arzu Nağıyev

 

“Bakı Bəyannaməsi”nin mahiyyəti odur ki, geosiyasi vəziyyəti nəzərə alaraq regional və qlobal miqyasda yeni dəst-xətt yaradılır.

Bunu açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, “Bakı Bəyannaməsi” çox mühüm regionu əhatə edir: “Azərbaycan Pakistan və Türkiyə ilə birlikdə istənilən ölkələrlə vasitəçilik missiyasını yerinə yetirə biləcək, heç bir hərbi blokun üzvü olmasa da, hər bir dövlətlə normal münasibət saxlaya biləcək dövlətdir. Bu sənədin parlamentlər arasında imzalanması çox mühüm əhəmiyyət kəsb edir. Çünki qanunvericilik səviyyəsində müəyyən qərarların qəbul edillməsinin qanuniləşdirilməsi məsələsi böyük mahiyyət daşıyır. “Şuşa Bəyannaməsi” Türkiyə və Azərbaycan arasında prezidentlər səviyyəsində imzalanmış və icra mexanizmi göstərilən bir sənəddir. Hazırkı bəyannamə isə qanunvericilik aktlarının həyata keçməsi üçün bir sənəddir. Orta Asiyada və digər bölgələrdə baş verən hadisələr göz qabağındadır. Yəni Azərbaycanın bu üçlü ittifaqda qanunvericilik səviyyəsində təmsil olunması çox mühüm əhəmiyyət kəsb edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165401

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930