Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

29.07.2021 - 20:03

 

Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

Video əlavə olunub.

xxx

Ankara Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlunun Axar.az-a müsahibəsini təqdim edir:

– Kürşad bəy, son dövrlərdə Ermənistanın Kəlbəcər istiqamətində təxribatlarının sayı artıb. Bugün də bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır. Sizcə, Ermənistan nəyə nail olmağa və hansı mesajı verməyə çalışır?

– Ermənistanın hücum və təxribatlarının artacağını yazılarımda detallı şəkildə ortaya qoymuşdum. Proses proqnozlaşdırdığım kimi davam etməkdədir. Ermənistanın təxribatlarının strateji bir arxa planı var. Əgər bunun adi bir təxribat olduğunu düşünsək, yanılarıq. O zaman Ermənistan niyə indi gərginliyi artırmaq istəyir? Ya da hansı mesajı vermək məqsədi güdür? Əslində “Ermənistan kimlərə mesaj vermək istəyir?” sualını da əlavə etsək, yaxşı olar. Burada bir neçə təməl səbəb var. Azərbaycan diplomatiyası xüsusən bu məsələlər ətrafında öz tədbirlərini artırmalıdır. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin son bir neçə həftədir sıx şəkildə ifadə etdiyi “Yekun sülh müqaviləsini imzalayaq” çağırışıdır. Əliyev qədim Azərbaycan torpağı olan Zəngəzuru nəzərdə tutaraq “Haqqım olanı verməsəniz, buraları da itirərsiniz” şəklindəki mövqeyini bildirməkdədir.

İkincisi, keçmiş Dağlıq Qarabağın “statusu”na çalışan AB və ATƏT-nin Minsk Qrupunun yenidən dövrəyə girməsi istiqamətindəki ssenarilərdir.

– Bunu Ermənistanın “status” məsələsini yenidən gündəmə gətirmək üçün vaxt qazanmaq cəhdi kimi qiymətləndirmək olarmı?

– Azərbaycan bugün “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını, statusun müzakirə edilməyəcəyini bildirir. İlham Əliyevin qazanılan müharibədən sonra “Status məsələsi bitmişdir” ifadəsi ilə ermənilərin gözləntilərini rədd etməsi və bir an öncə sülh müqaviləsinin imzalanması ilə prosesi yekunlaşdırmaq istəməsi Ermənistan və onun dəstəkçilərinin diqqətindən yayınmır. Azərbaycanın bu qəti mövqeyi Ermənistanın zaman qazanmaq və 10 noyabr bəyanatının qüvvədən düşəcəyi bir mərhələyə addım-addım “yaşıl işıq” yandırmasına səbəb olub.

– ATƏT-in və Avropa İttifaqının bu məsələdə mövqeyini necə dəyərləndirirsiniz?

– Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza gerçəkləşən səfəri adi bir səfər deyildi. Nikol Paşinyan ilə birgə keçirdiyi mətbuat konfransında Mişel sülh danışıqlarının və “status” məsələsinin dəyərləndirilməsi ehtimalının olmasının vacibliyindən bəhs etdi. Bunun ardınca Ermənistanın xarici işlər nazirinin birinci müavini Armen Qriqoryan “Ermənistan ATƏT-nin Minsk Qrupu tərəfindən təklif edilən yanaşmalara əsaslanaraq, Dağlıq Qarabağ sülh prosesinə qatılmağa istəklidir” cümləsini qurdu. Şarl Mişelin səfərindən iki gün sonra İlham Əliyev və Putin arasında keçirilən görüşdə bu hücumlar da müzakirə edildi. Rusiya mətbuatı isə Prezident Əliyevin AB-nin vasitəçilik rolunu öz üzərinə götürmə cəhdlərini rədd etdiyini və belə bir cəhdin 10 noyabr bəyanatının yenidən təftiş edilməsi məsələsini gündəmə gətirə biləcəyi xəbərini yaydı.

– Bu məsələdə Rusiyanın mövqeyi necədir?

– Burada Rusiyanın da ermənilərin yeni strategiyası ilə bağlı öz mövqeyini qəti şəkildə ifadə etməməsinə diqqət etmək vacibdir. Hətta Rusiyanın Ermənistanın təxribatlarına zaman-zaman səssiz qalaraq ona müharibədə düçar olduğu məğlubiyyəti cüzi də olsa, kompensasiya etmək haqqı verdiyini də mümkün ehtimallar içində dəyərləndirmək lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165490

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031