İlham Əliyevdən XƏBƏRDARLIQ: Əgər bu məsələlər sülh yolu ilə həll olunmasa… – Politoloq

16.08.2021 - 15:16

 

İlham Əliyevdən XƏBƏRDARLIQ: Əgər bu məsələlər sülh yolu ilə həll olunmasa... - Politoloq

Prezident İlham Əliyev son müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri haqqında ətraflı danışıb. Son günlər Ermənistanın Laçın dəhlizi vasitəsi ilə Qarabağ ərazisinə silah və əsgər gətirilməsiylə bağlı fikirlərini səsləndirdi və xəbərdarlıq etdi”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlıları öhdəliklərinə qarşı çox biganə yanaşır: “Prezident İlham Əliyev İran İslam Respublikasına aid maşınların Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi haqqında da fikirlər söylədi və bizim hər şeyi izlədiyimizi bir daha vurğuladı. Biz Rusiyanın sülhməramlı qüvvələrinə xəbərdarlıq edib, öz mövqeyimizi bildirmişik. Bununla Azərbaycan 10 noyabr razılaşmasının müddəalarının yerinə yetirilməsini tələb edir. Prezident İlham Əliyev terrorçu dəstələrin hələ də Qarabağ bölgəsində olduğunu və onların razılaşmaya uyğun olaraq çıxarılmasını qeyd etdi. Azərbaycan rəhbərliyi hər şeyi izləyir və orada olan hadisələrdən xəbərdardır”.

Q.Hüseynli vurğulayıb ki, Azərbaycanın həm peyklər, həm də digər texnikalar vasitəsilə Laçın dəhlizindən keçən hər bir maşından xəbəri var: “Yük maşınlarının içərisində olan yüklərin təyinatı haqqında belə, bizim məlumatımız var. Laçın dəhlizindən nə qədər maşın və insanın keçdiyini, bu maşınların hansı ölkəyə aid olmasından xəbərdarıq. Bu gün Xankəndidə və digər ərazilərdə nə qədər insanın yaşadığını bilirik. Həmin bölgədə olan quldur dəstələr haqqında da kifayət qədər məlumatımız var, ancaq biz razılaşmaya uyğun olaraq onların sülhməramlılar tərəfindən çıxarılmasını gözləyirik. İlham Əliyev qeyd etdi ki, son zamanlar baş verənlər Azərbaycan üçün qəbuledilməzdir. Biz gözləyirik ki, vasitəçi olan Rusiya bu məsələlərin həlli yolunda addım atsın. Əgər bu məsələlər sülh yolu ilə həll olunmasa, Azərbaycan adekvat addımlar atacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930