İnsanın xoşbəxt yaşamaq haqqı və “İstiqlaliyyət Bəyannaməsinin” fəlsəfəsi – İkinci məqalə

02.11.2021 - 10:33

İnsan xoşbəxtliyi ideyası ədəbi mövzudur, çoxcəhətli mövzu olduğundan onun əsasən daxili – pisxoloji, eyni zamanda obyektiv, zahiri cəhətləri fərqləndirilir. Obyektiv cəhətdən insanın xoşbəxt yaşaması insan – cəmiyyət – hakimiyyət münasibətləri ilə çox bağlıdır. Aclıq çəkən, işsiz, yoxsul, təhlükəsizliyinə təminatı olmayan insan azad ola bilmədəyi kimi həyatdan məmnun ola bilməz. Ona görə də bütün dövlərin ictimai – siyasi xadimləri insan xoşbəxtliyinin həllini insan – hakimiyyət münasibətlərində görmüşlər, hakimiyyət uğrunda mübarizdə bu ideyadan istifadə etməyə çalışmışlar –ya həqiqətən ya manupuliyasiya vasitəsi kimi. İnsanın xoşbəxt yaşamaq haqqının reallaşdırlması hakimiyyətin öz missiyasını və öhdəliyini necə yerinə yetrilməsindən aslıdır. Dövlətin yaranmasını izah edən müqavilə nəzəriyyəsi də həmin ideya ilə bağlıdır.

Etikada davranışların dəyərinin onun faydalılığı ilə müəyyən edildiyi ideyanın banisi Maarifçilik dövrünün böyük mütəfəkkiri İeremiya Bentam “Əxlaq və qanunvericilk prinsiplərinə giriş” əsərində göstərirdi ki, fayda xoşbəxtlikdir və etik davranışların məqsədi daha çox insanlar üçün daha çox xoşbəxtliyə nail olmaq imkanlarının yaradılmasıdır. Bu prinsip əsasında İ.Bentam və onun ardıcılları səhiyyə və sığorta sistemində, həbsxanalarda islahatların aparılmasını, yoxsulluq haqqında qanun qəbul edilməsini, ictimai həyatın bütün sahələrində demokratiyanın və özünüidarənin genişləndirlmsinin zərurliyini göstərmişlər. İ.Bentam tarixdə beynəlxalq hüququnun vacibliyi, Millətlər liqasının yaradılması , müstəmləkə sisteminin ləğv edilməsi, kilsənin dövlətdən ayrılması, qadınlara bərabər hüquqların verilməsi, ölüm və bədən cəzaların ləğvi və s. kimi mütərəqqi ideyaları irəli sürmüşdür. Böyük humanist alim həmçinin heyvanların hüququ haqqında danışan birinci şəxslərdən olmuşdur.

İnsanın xoşbəxt yaşamaq haqqı barədə ideya davamlı olaraq alimlərin və ictimai – siyasi xadimlərin diqqətində olmuşdur.

Şotlandiya Maarifçiliyinin yaradıcılarından biri Frensis Xatçeson insanların xoşbəxltik haqqını mənəvi və siyasi fəaliyyətinin əsas prinsipi kimi göstərmişdir.(Джайлз Брандрет, Путь оптимиста. М. 2014. с.66)

Xoşbətliyə canatma hüquqnun insanın təbii ayrılmaz hüququ olduğu fikri ilk dəfə tarixdə siyasi sənəd kimi ABŞ “ İstiqlaliyət Bəyanaməsində” öz əksini tapmışdır: “ Biz belə bir həqiqəti tam aşkar hesab edirik ki, bütün insanlar anadan bərabər doğulur və bu zaman Yaradan onlara müəyyən ayrılmaz hüquqlar bəxş edir ki, bunların sırasında yaşamaq, azadlıq, və xoşbəxtliyə canatma hüquq da vardır . “ Və bununlada ABŞ- ın Qurucu – Atalarından olan Tomas Ceffersonun müəlifliyi ilə hazırlanan “İstiqlaliyyət Bəyanəməsi” müasir qərb siyasi sisteminin əsasını qoyur.

“İstiqlaliyyət Bəyannamsəi” tarixdə birinci dövlət sənədidir ki, dövlət həyatının əsası kimi Xalqdın Suverenlik ideyasını bəyan edir.

Bəyannamədə təsdiq edilirdi ki, insanların təbii, ayrılmaz hüquqları hakimiyyət tərəfindən qəbul edilən istənilən qanundan yüksəkdə dayanır.

Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, liberalizm prinsipinin irəli sürmüş böyük mütəfəkkir C.Lokk tərəfindən şəxsiyyətin təbii və ayrılmaz hüquqları kimi göstərdiyi triada: “yaşamaq, azadlıq, və mülkiyyət, “ T.Cefferson tərəfindən irəli sürülən triada da belə ifadə edilmişdir: “yaşamaq, azadlıq, xoşbəxtliyə canatma hüququ”. Bəyanamədə ifadə edilən xoşbəxtliyə canatma hüququ ilə dünyada ABŞ-ın böyük imkanlar ölkəsini kimi tanınması arasında qarşılıqlı əlaqə danılmazdır. Mütərəqqi ideya ölkəni mütərəqi istiqamətdə inkişaf etdirir, güclü ideya ölkəni güclü edir. Təsadüfü deyil ki, tədqiqatşılar tərəfindən ABŞ-ın “İstiqlaliyyət Bəyannəməsi” dünyanı dəyişdirən yüz böyük ideyadan biri kimi dəyərləndirlir. (Сто великих идей, изменивших мир. М . 2016. с.206-208)

Böyük tədqiqatçı alim Y.N. Harari bestsellərə çevrilmiş əsərində insan xoşbəxtliyini yeni dövrün tələbi baxımından xarakterizə edərək göstərir ki, “ Bizim gündəliyimizidə əhəmiyyətinə görə ikinci bölmə etimal ki, xoşbəxtlik formulunun axtarışı olacaq… XVIII əsrin axrılarında İngilis filosofu İ.Bentam ən yüksək faydanı daha çox fərdləri daha çox xoşbəxt elan etmək olduğunu bəyan etdi… XIX və XX yüzilliklərdə Bentamın görüşləri geniş müzakirə edilir və hökümətlər , korporasiyalar, laborotoriyalar daha çox aktual və konkret məslələrin həllnə diqqəti gücləndirdi. Ölkələr özlərinin uğurlarını öz vətəndaşlarının xoşbəxtliyi ilə deyil, ərazilərin böyüklüyü, əhaliləsinin artımı, ümumdaxili məhsulun artımı ilə ölçürdürlər… Lakin son on illikdə düşüncələrdə dəyişiklik baş verdi, Bentamın nəzəriyyəsinə daha ciddi yanaşılır. Daha çox insanlar inanırlar ki, millətin möhkəmləndirlməsi üçün yaradılan nəhəng sistemlər, əslində hər bir şəxsin xoşbxətliyinə və rifahına xidmət etməldir… Dövlət onun üçündür ki, bizə xidmət etsin… XX əsrdə milli uğurun əsas ölçüsü adambaşına düşən ümumdaxili məhsulu hesab edilmişdir. Lakin bizim günlərdə filosoflor, siyasətçilər və hətta bir çox iqtisadçılar ümumdaxili məhsulun ümum mili xoşbəxtlik ilə əvəz etməyə çağırırlar.”
Y.N.Harari eyni zamanda Yunan Filosofu Epikürün xoşbəxtlik haqqında görüşlərinə də münasibət bildirirək yazır ki, Epikür öz şagirdlərinə xəbərdarlıq edirdi ki, xoşbəxtlik yüksək maddi rifah olsada xoşbəxtlik əməklə alınmalıdır. Şöhrət, pul, sərvət hərisliyi və acgözlüyü insanı deqradasiyaya uğradır və bədbəxt edir. Xoşbəxtlik insanın cəmiyyətdə və təbiətdə harmoniyda yaşaması, cəmiyyət və insanlar üçün faydalılığı ilə bağlıdır. (Юваль Ной Харари. Номо Деиs. Kраткая история будущего. М. 2019. с40-47. )

BMT tərəfindən hər il xoşbəxt elan edilən ölkələrin tarixi həmin ölkələrin vətəndaşlarının öz təbii, ayrılmaz hüquqları uğrunda mübarizəsi tarixıdır.
İnsanın xoşbəxt yaşama hüququnun reallaşması hakimiyyətin öhdəliyidir, missiyasıdır. Lakin vətəndaşların da həmin hüquqların rellaşması üçün hər an, hər gün mübarizə aparmaq öhdəliyi var.

Ən demokratik ölkələrdə də vətəndaşların öz hüquq və azdlıqları uğrunda mübarizəsi onların gündəlik həyat tərzidir. Başqa cür ola da bilməz. Hüquqları uğrunda mübarizə aparmayan insan hüquqsuz yaşamağa məhkumdur.

Fəxrəddin Mehdiyev

Hüquqşünas 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167998

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930