Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyada aparılır – Çavuşoğlu

08.08.2022 - 20:16

“Azərbaycanla qardaşlıq bağlarımız müstəsna rol oynayır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, 2020-ci ildə Türk xalqı Azərbaycana dəstək olib.

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Türk dövlətlərinin 30 illik müstəqilliyi dövründə ən vacib hadisə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağ zəfəridir. Bu zəfərdən sonra Türk dünyasının özünə güvəni daha da artıb”, – deyə Türkiyə XİN başçısı bildirib.

O əlavə edib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir. Nazir əlavə edib ki, normallaşma prosesi sadəcə sözlərdə deyil, həm də əməldə inkişaf etməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031