Türkiyə və Ermənistan rəsmiləri görüş hazırlığında – Bu dəfə Qarsı seçdilər

11.08.2022 - 19:38

Ermənistan və Türkiyə hökumət rəsmiləri sentyabr ayında Qarsda görüşəcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin “Ulusal” telekanalı ölkənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, görüşdə ticarət, nəqliyyat və xarici işlər nazirliklərinin rəsmiləri iştirak edəcək, əvvəlki görüşlərdə razılaşdırılmış texniki məsələlər müzakirə olunacaq.

Telekanalın mənbəsi qeyd edir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri indiyədək 4 dəfə üz-üzə görüşüb və 500 dəfədən çox telefonla danışıblar.

Mənbələr onu da bildirir ki, Türkiyə Ermənistan sərhədində araşdırma aparıb. İğdırda iki ölkəni birləşdirən 178 kilometr uzunluğundakı Alican körpüsündə texniki işlərin həll edilməli olduğu tapşırılıb. Bundan əlavə, Qarsdakı Ani xarabalıqlarının vəziyyəti də araşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930