Saakaşvili Gürcüstana qayıtmasına peşmandır

09.09.2022 - 21:25

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili vətənə qayıtmaqla səhv etdiyini başa düşür.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Saakaşvilinin oğlu Eduard atasına klinikada baş çəkdikdən sonra deyib.

 

Gürcüstanın eks-prezidenti uzun sürən aclıq aksiyasının nəticələrinə görə Tbilisidəki “Vivamed” klinikasında müalicə alır. Həkimlər eks-prezidentin vəziyyətini stabil qiymətləndirsələr də, ona qoyulan diaqnoz ictimaiyyətə məlum deyil.

 

“Onun bədəni siyasi plan rejimində deyil, daha çox sağ qalma rejimindədir. O, bura gəlməyin səhv olduğunu başa düşür, mən bunu ondan dəfələrlə eşitmişəm. Məncə, o, bunu başa düşüb. Düşünür ki, Gürcüstana gəlməməli idi”, – Eduard bildirib.

 

Onun sözlərinə görə, bu gün eks-prezidentin prioriteti “sadəcə yaşamaq və sağlam qalmaqdır”.

Ətraflı
Ad – 00:46

“Onu hər hansı siyasi fəaliyyətdə bu vəzifədə təsəvvür etmək mənim üçün çətindir. Amma uzunmüddətli perspektivdə o, Ukraynada və ya başqa yerdə olacaqmı, bilmirəm. Düzünü desəm, bu, mənim üçün vacib deyil və özü də bundan narahat deyil”, – Saakaşvilinin oğlu qeyd edib.

 

Oğlu eks-prezidentin səhhətinin pisləşdiyini deyib:

 

“Onun enerjisi çox azdır, bəzi şeyləri unudur. O, xəstə insan təəssüratı yaradır. Onun həqiqətən güclü müalicəyə ehtiyacı var”.

 

Qeyd edək ki, Saakaşvilinin 2021-ci il oktyabrın 1-də həbsindən həmin ilin noyabr ayının sonuna qədər davam edən 50 günlük aclıq aksiyasından sonra səhhəti pisləşib. Həbsə səbəb iki cinayət işi üzrə hökmlər olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=181710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930