“2024-cü ilə qədər…” – Putindən Azərbaycanla bağlı VACİB AÇIQLAMA

13.10.2022 - 20:05

“Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Müxtəlif sahələrdə kifayət qədər böyük bir qarşılıqlı əlaqənin olduğunu bildirən Rusiya lideri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artır:

“Keçən il hesab edirəm ki, 14 faiz, bu il isə ilk yeddi ayda yeddi faizdən çox artıb. İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə qoyublar. Hökumətlərarası komissiyanın həmsədrləri mütəmadi olaraq görüşlər keçirirlər və sizin təklif etdiyiniz bir sıra perspektivli və maraqlı layihələr üzərində, fikrimcə, 2024-cü ilə qədər hesablanmış plana əsasən iş gedir”.

 

“Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri daim diqqətdə saxlayırıq”, – Putin əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183676

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930