BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanda humanitar böhranla bağlı XƏBƏRDARLIQ

17.11.2022 - 23:39

“2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq”.

Cumhuriyyet.az xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.

“Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik”, – əlaqələndirici bildirib.

Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb olub.

“Əhalinin gəlirlərinin dörddə üçü ərzağa xərclənir, 25 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır”, – R.Ələkbərov əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930