Bələdiyyə sədri dövlət avtomobillərini şəxsi obyeklərinə təhkim edib

22.07.2019 - 18:21

Vətəndaşlara xidmət göstərməli olan qurum vətəndaşlar üçün gözdağına çevrilib

 

Bu günlərdə Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevlə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, S.Əliyev xalqın ehtiyaclarını qarşılamaq üçün bələdiyyənin sərəncamına verilən su və zibildaşıyan maşınları şəxsi obyektlərinin, restoran və kafelərinin istismarına cəlb edib. Belə ki, yol kənarlarındakı ağac və kolların sulanması üçün nəzərdə tutulan, üzərində “bələdiyyə” lövhəsi yer alan su  maşınları gün ərzində bir neçə dəfə bələdiyyə sədrinə məxsus özəl obyektlərin yaşıllıqlarını sulayır. Bələdiyyə sədrinin çoxsaylı bağ evlərini də məhz dövlət maşınları hesabına müftə sulatdırdığı iddia olunur.

Bundan başqa, ərazidəki zibillərin daşınması üçün bələdiyyəyə ayrılan zibil maşınlarının da  bələdiyyə sədrinə məxsus restoran və ticarət mərkəzlərinə təhkim olunduğu bildirilir. Bu səbəbdən də qəsəbədəki zibillər vaxtı-vaxtında yığışdırılmır, yayın qızmar istisində yığılıb qalan zibillərin üfunəti sakinləri narahat edir. Bələdiyyə sədrinin dövlət və bələdiyyə əmlakına əl qoyması, bələdiyyənin imkanlarından şəxsi maraq və mənffətə üçün istifadə etməsi Masazır sakinləri arasında ciddi narazılığa səbəb olmaqdadır. Sakinlər hesab edir ki, əlaqədar qurumlar S.Əliyevin bu özbaşınalığının qarşısını almalı, onun dövlət əmlakını bu şəkildə talamasını önləməldir.

Qeyd edək ki, S.Əliyevin özünü ümummilli ldier Heydər Əlievin təbirincə desək, “balaca padşah” kimi aparması yalnız vətəndaşları deyil, Masazır bələdiyyəsinin bır sıra üzvlərini də narazı salıb. S.Əliyevin vətəndaşlara xidmət etməsi gərəkən bir qurumu vətəndaşlar üçün gözdağına çevirməsini həzm edə bilməyən bəzi bələdiyyə üzvləri, bələdiyyə sədrinə qarşı zaman-zaman öz etirazlarını bildirməkdə, narazılıqlarını ortaya qoymaqdadır. S.Əliyevin ictimai narazılığa səbəb olan əməllərini davam etdriməsi yaxın gələcəkdə bələdiyyə sədri ilə üzvlər və sakinlər arasında yeni narazılıq və toqquşmaların baş verməsini zəruri edir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129993

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930