“Hesab edirik ki, Aşqabad danışıqlarının nəticələri pis deyil” – Rusiyalı həmsədr

17.10.2019 - 13:46

775da82d50d381aATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin regiona səfərinin nəticələri ilə bağlı məlumat verib.

APA-nın məlumatına görə, İ.Popov bildirib ki, həmsədrlərin regiona səfəri bu gün yekunlaşır.

O, srağagün İrəvanda Ermənistan rəhbərliyi, xarici işlər naziri, müdafiə naziri ilə görüşdüklərini deyib: “Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük. Eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümüz oldu. Biz görüşlərdə danışıqlar prosesi ilə bağlı vəziyyəti müzakirə etdik, tərəfləri dinlədik. Bundan başqa, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabadda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı baş tutan danışıqlarının nəticələrini müzakirə etdik. Hesab edirik ki, Aşqabad danışıqlarının nəticələri pis deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134796

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930