Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək

13.11.2019 - 10:29

trend_parliament_azerbaijan_190515Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il ilin dövlət büdcəsinin müzakirələri davam etdiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qaunun layihələri, Milli Məclisin, Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər qanun layihələri olmaqla 11 məsələ daxildir.

Qeyd edək ki, parlamentdə büdcə müzakirələri ötən gün başlayıb və 3 gün davam edəcək. Ötən gün aparılan müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri ölkə iqtisadiyyatı, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri haqqında ətraflı məlumat veriblər, eyni zamanda deputatlar budcə ilə bağlı təkliflərini səsləndiriblər. Bu gün dövlət büdcəsinin birinci oxunuşda qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136358

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930