““Kölgə iqtisadiyyatı”nın ortaya çıxmasından ehtiyat edirlər…” – Səfər Mehdiyev

06.12.2019 - 12:15

“Dövlət Gömrük Komitəsi (DGK) istənilən dövlətlə statistik məlumat mübadiləsi aparmağa hazırdır”.

“Report” xəbər verir ki, bunu “Caspian Europena Club”un üzvləri üçün keçirilən “B2G Forum”unda çıxış edən Komitə sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar qısa müddətə hesablanmayıb: “Əgər ticarət etdiyimiz dövlətlərə bu tip sorğular gedirsə, bu o deməkdir ki, şəffaflaşma ilə bağlı ortada qalan problemlər aşkarlanıb aradan qaldırılacaq. Sevindirici hal odur ki, bəzən bizi “qınayan” dövlətlər korrupsiya və rüşvətxorluqla bağlı son iki ildə ölkə prezidentinin apardığı islahatlardan sonra bizimlə “güzgü statistikası” aparmaqdan boyun qaçırırlar. Bunun da məlum səbəbləri var. Xəyali ixracatla məşğul olan ölkələr var. Özlərinin “kölgə iqtisadiyyatı”ının olması ilə bağlı problemlərin ortaya çıxmasından ehtiyat edən ölkələr var. Əsas odur ki, biz bunu dünyaya bəyan edə bildik. Bu, ölkəmizdəki islahatların şou xarakterli olmadığı, prezidentin bu sahədə prinsipial olduğu barədə mesajdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138122

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930