“Azərbaycanla 6-cı yol xəritəsi razılaşdırılıb” – Rusiyalı nazir

09.12.2019 - 14:42

“Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir”.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.

“Aramızda siyasət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq artır. Bunlar strateji tərəfdaşlığa sübutdur. Hazırda 5 yol xəritəsinin həyata keçirilməsi üçün işlər görülür. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın səfəri zamanı 6-cı yol xəritəsinə dair razılıq əldə olunub və bu, çox mühümdür”, – rusiyalı nazir deyib.

O, Rusiya-Azərbaycan işgüzar şuralarının da yüksək səviyyədə olduğunu söyləyib: ““2019-cu ilin 9 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 25 faizdən çox artıb.

M.Oreşkin iki ölkə arasındakı sərhəddə keyfiyyətli və səmərəli infrastrukturun yaradılmasını iqtisadi əməkdaşlığın mühüm şərti olaraq səciyyələndirib: “Yaxın zamanda Samur çayı üzərində körpü tikintisi başa çatdırılmalıdır. Bu da ikitərəfli ticarətə və gediş-gəlişə töhfəsini verəcək. Bununla yanaşı, birgə müəssisələr də uğurla tikilir və bunlardan birinin bu gün açılması nəzərdə tutulan əczaçılıq fabrikidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138240

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930