Azərbaycan Azad Respubliaçılar Partiyası Seçkilərə start verdi

10.12.2019 - 18:34

10 dekabr 2019-cu il tarixdə Azərbaycan Azad Respublikaçılar Partiyasının (AARP) Siyasi Şurasının yığıncağı keçirilib. Yığıncaqda ölkə Prezidentinin geniş iqtisadi və siyasi islahatlara meydan verməsi rəğbətlə qarşılanıb və dəstəklənib. İclasda növbədənkənar parlament seçikilərinin keçirilməsi haqqında qərar da geniş müzakirə olunub və partiya üzvləri tərəfindən müdafiə olunub.
AARP-nin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov iclasda çıxış edərək ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar partiyanın seçki qərargahının yaradılması, partiya üzvlərinin seçkilərdə fəal iştirak etməsi məsələsini önə çəkib.
Yekunda partiya sədri Kamil Seyidov partiyanın seçki qəragahının yaradılmasını və qərargaha partiyanın sədr müavini Tərahim Abbasovun sədr seçilməsini təklif edib. Partiya üzvləri hər iki təklifi dəstəkləyiblər.
Siyasi Şura həmçinin partiya üzvlərinin parlamentdə təmsil olunması üçün 12 dekabr 2019-cu il tarixdə Ali Məclisin toplantısının keçirilməsini qərara alıb.
AARP-nin Mətbuat Xidməti

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138396

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930