“Abşeron kraliçası” özünü birinci vitse-prezidentə bənzədib imperiya qurur

25.02.2020 - 15:35

Son illərdə ölkədə bir çox yüksək postlarda, o cümlədən rayon icra hakimiyyətlərində müavin postlarında xanımlar yer almağa başladı.Onlardan biri – Abşeronun icra başçısı müavini olan İradə Gülməmmədova karyera yüksəlişi yaşayarq həmcinsləri arasından seçildi və bu rayona icra hakimi təyin olundu. İndi Azərbaycanda yeganə xanım icra başçısı D.Camalovadan sonra İ.Gülməmmədovadır. Onun karyerasının pik nöqtəsinə qalxmaqda hansı siyasi güclərin təsiri olub-olmadığını söyləmək çətindir.
Xanım başçının məhv etdiyi ümidlər
Böyük gözləntilər vardı ki, xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək. Amma cumhuriyyet.az olaraq son illərdə sakinlərin şikayətlərini və mediada yer alan məlumatları nəzərə alaraq bildirək ki, bir çox rayonlarda kişi icra başçılarının xalqa və sahibkarlara “qan uddurması” İ.Gülməmmədovanın yanında yalan oldu. Demə, xanım icra başçısı özünü kraliça elan edərək rayonu viran qoyacaqmış. O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu “cəhənnəm yuvası”na döndərdi. Bu gün Abşeron rayonunun mərkəzi olan Xırdalan qəsəbəsi Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər… Bu öz yerində… Abşeron rayon ərazisində tikinti işləri aparan vətəndaşların rüşvət və zorakılıqdan şikayəti kifayət qədərdir. Abşeron rayon icra başçısının müavini Fuad Cəbrayılovun və Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyev tərəfindən idarə olunan sistem vətəndaşlara gerçəkdən zülm edir. Şəhid ailəsindən tutmuş imkansızlara, Qarabağ qazlərindən tutmuş əlillərə qədər onlarla vətəndaşlara edilən haqsızlığın səs sədası video və foto faktlarla ölkə mediasında yer alıb.
Abşeronda pul yığımı qaydaları
Abşeronda “Kraliça” kimi tanınan yeganə qadın icra başçısı İradə Gülməmmədova nə üçün əhaliyə biganə yanaşıb onların sosial durumları ilə yaxından maraqlanmır? Əhalinin istifadəsində olub da istifadəsi çətin və bərbad olan yolların baxımsız olamasıyla, səhiyyədə baş alıb gedən rüşvətin, haqsız yerə pasientlərdən pulların tələb edilməsiylə, bayramları bəhanə edib bir neçə gün dərsləri dayandıran bərbad təhsil sistemi ilə, hər hansı bir tikiliyə görə icazə sənədi üçün böyük məbləğin tələb olunmasıyla niyə maraqlanmır? Niyə müdaxilə olunmur? Yoxsa şəxsi bizneslər daha önəmlidir və sakinlərə ayıracaq xüsusi vaxtları belə yoxdur? Bütün bu sualları cumhuriyyet.az olaraq rayon icra hakimiyyətinə ünvanlayır və bizə qəzəbindən öncə dekanbrın 12-də rayon ərazisində ləğv edilən dərs gününə, tikintiyə razılığın Xırdalanda kvadratı 20-25 manat, Saray, Masazır,Novxanıda kvadratı 15-20 manatdan hesablanan qiymətləri haqda düşünməyi məsləhət bilirik.
Pediatr körpələr evində…
Bütün sadalananlar Abşeron rayonunda uşaqdan böyüyə hər kəsin bildiyi faktlardır. Amma bütün bu əməllərin arxasında imzası olan xanım icra başçısının özünü təbliğ üsulları reallığın tam əksinədir. Bununla bağlı cumhuriyyet.az olaraq iki məqamın üzərində durmaq istərdik. Təqdim etdiyimiz foto bu il dekabrın 11-də Aşağı Güzdək 29 saylı körpələr evində çəkilib. İxtisasca pediatr olan icra başçısının uşaqların yatdığı vaxt məkanda olması bir yana, hətta baxılsız və üst geyimində bura daxil olması qəbuledilməzdir. Onu da qey edək ki, bu İ.Gülməmmədovanın körpələr evinə xüsusi ziyarəti deyil. Xanım icra başçısı Güzdək qəsəbəsində səyyar qəbul keçirdikdən sonra bura gəlib və səyyar qəbulla bağlı xəbərlərdə bu foto xüsusi olaraq tirajlanıb. Diqqətli oxucular yəqin görüntülərdən birinci vitse-prezzident Mehriban xanım Əliyevanın mütəmadi olaraq uşaq baxçalarını ziyarət etməsinə bənzərlik hiss etdi. Bunu təsaüf saymaq olardı. Başqa bir fakt olmasaydı..
Özünü Mehriban Əliyevaya bənzədir, yoxsa?
Adətən görmüşük ki, məktəb dərsliklərində, jurnallarda Ulu Öndər Heydər Əliyevin, prezident İlham Əliyevin və ölkənin 1-ci xanımı Mehriban Əliyevanın fotoları əks olunur. Abşeronun icra başçısı İradə Gülməmmədova isə özünü onlarla eyni ranqda görür. O, özünün şəkllərini məktəbli kitabçalarına saldıraraq təhsil müssisələrində paylaşdırır. Əlbəttə ki, İradə Gülməmmədova bütün bu addımları düşünərək atır. İradə xanım ağıllı bir xanımdır, onun heç vaxt düşünmədən belə bir addım atmasını fikirləşmək özü bir sadəlövlükdür. Görünür ki, xanım başçı əlinə düşün vəzifədən məharətlə yararlanmaq qənaətindədir. Yəqin ki, o da hər kəs kimi adının tarixə “Qızıl hərifərlə” həkk olmasını istəyir. Ona görə də fotolarını dərsliklərə saldıraraq adının tarixə qovuşmasını, çıxışlarını dərs vəsaiti kimi qəbul olunması tələbində bulunur. İ.Gülməmmədova bəlkə Azərbaycanın görkəmli alimidir, yaxud akademikdir, bilmirik… Amma cumhuriyyet.az olaraq təqdim etdiyimiz fotolardan aydın olur ki, məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilib. Bu cür gündəliklər rayon məktəblərində şagirdlərə verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib. Nə bildirilsin axı?! Sözsüz ki, Abşeron RİH başçısı, el arasında “kraliça”, “imperatriça” adları qazanmış İradə Gülməmmədovanın tapşırığı əsasında hazırlanıb.
İcra başçısının həyat yoldaşının şirkəti
İ.Gülməmmədovanın həyat yoldaşı Yolçu Gülməmmədovun iş adamı olmasıyla bağlı məlumat dövrü mətbuatda yalnız bir yerdə verilib. O da kiçik oxucu kütləsinin əldə edə biləcəyi yerli idman qəzetlərindən birində. Y.Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil. “İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçün cərimələnib. “İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – “İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur. İcra başçısının həyat yoldaşı 1996-cı ildə daha bir müəssisə qeydiyyatdan keçirib – “Enerqorenovasiya” MMC. Müəssisənin hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəridir. Y.Gülməmmədovun adına rəsmiləşən daha bir müəssisə “Fidanfarma”dır (VÖEN: 1400124391). Hüquqi ünvanı Nəsimi rayonu, 20 yanvar, ev 3, mənzil 4-dür. 2001-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 20 manatdır.
İcra başçısının qardaşına və atasına məxsus şirkətlər
“İRS Mobil” 2005-ci ildə təsis olunub, nizamnamə kapitalı 10 manatdır. R.Quliyev İ.Gülməmmədovanın qardaşı, A.Quliyev isə atasıdır. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigər-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. “Nigər-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir. 2010-cu ildə qeydiyyata alınan müəssisənin nizamnamə kapitalı 20 manatdır. R.Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir.
Eyni ünvanda bir neçə şirkət
Abşeron rayonu, Rəsulzadə qəsəbəsi ŞTQ, Davudoğlu (M.Rəsulzadə qəsəbəsi) ünvanında daha bir MMC fəaliyyət göstərir “Vimay”. Qanuni təmsilçisi Umayeva Elnarə Vaqıf qızıdır.
E.Umayevanın adına daha bir MMC “Vimay-Med” (Af-Gen) Klinikasında da rast gəlmək mümkündür. “Vimay” 2004-cü ildə, “Vimay-Med” isə 2014-cü ildə təsis olunub. E.Umayeva son seçkilərə qədər Abşeron rayonunda Görədil bələdiyyə sədrinin müavini olub. O, budəfəki bələdiyyə seçkisində namizədlər arasında olsa da, seçilməyib.
Binəqədi rayonu, M.Davudoğlu 12a ünvanında fəaliyyət göstərən “Vimay-Med” klinikası müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri aztəminatlı ailələr arasından seçilən uşaqların pulsuz sünnət olunmasıdır.
Yeri gəlmişkən, bu təşəbbüsün müəllifi İradə Gülməmmədova olub. Hazırda “Vimay-Med” Klinikasının qanuni təmsilçisi Zaidov Mirəzim Həsən oğludur. M.Zaidov eyni zamanda klinikanın baş həkimdir. E.Umayevanın adına bağlanan “Vimay” Tibb Mərkəzi həm Səhiyyə Nazirliyinin, həm də Vergilər Nazirliyinin reyestr məlumatlarında “Afgen” Klinikasıyla eyni adı daşıdığı bəlli olur. Baxmayaraq ki, “Afgen” özü Bioloji Təbabət Klinikasının binasında fəaliyyət göstərir. Bioloji Təbabət Klinikası haqda bir qədər sonra. “Vimay” Tibb Mərkəzinin keçmiş rəsmi elektron səhifəsi “vimayclinic.com” olub. Sonradan səhifə bağlansa da, “Facebook” sosial şəbəkəsində aktiv təmsil olunur. Klinika əsasən arıqlama, liposaksiya, döş böyütmə və kiçiltmə, eləcə də kosmetoloji əməliyyatların gerçəkləşdirməsini həyata keçirir.
E.Umayevanın adına daha bir müəssisə qeydiyyatdan keçirilib. Bu, “Repose Travel” (VÖEN: 3102670111) adlı turizm şirkətidir. 2018-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Abşeron rayonu, Görədil, İ.Yusifov, ev 4-dür
İradə Gülmmədovanın qeydiyyatda olduğu ünvanda üç müəssisə qeydiyyatdan keçib – “Nabat” firması (VÖEN: 3101168861), “Herbimed” MMC (vöen: 1001399851) və “Afgen” MMC (vöen: 1002041591).
“Nabat” firması yanvarın 18-i 1997-ci ildə təsis olunub. Qanuni təmsilçisi Quliyev Rizvan Akif oğludur. Nizamnamə kapitalı göstərilməyib. Müəssisənin adaşı olan Nabat adına İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ailə üzvləri arasında rast gəlinir. İbrahimova Nabat Rövşən qızı (1993-cü il təvəllüdlü) eyni zamanda M.Davudoğlu 34 ünvanına qeydiyyatdadır. O, hazırda Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində işləyir. Qərb Universitetinin regionşünaslıq fakültəsini bitirən N.İbrahimova mərkəzdə elmi işçi işləyir.
“Vimay”ın keçmiş adı “Nabat Klinikası” olub. Həmin ad “Google” xəritədə də eynilə qeyd olunub, eləcə də ünvan göstərən səhifələrdə. “Nabat Klinikası” ilə oxşar xidmətləri göstərən “Nabat Med” Klinikası isə Rusiyada qeydiyyatdan keçib. Təsisçisi və direktoru Abbasov Mehman Rafiq oğludur. “Nabat Med” “Mirpromtorq” MMC-nin nəzdindədir.
Təsisçilər arasında Türkiyə vətəndaşları da var
“Afgen” MMC-nin təsisçisi Gülməmmədov Yolçu Katamazya oğlu, Hüseynov Afiq Tapdıq oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir. Qanuni təmsilçisi isə Y.Gülməmmədovdur. 2011-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 30 manatdır. Afiq Hüseynov digər soyadla (Bərdəli) İzmir şəhərində fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetində İradə Gülməmmədova ilə eyni illərdə pediatriya fakültəsində təhsil alıb. Bir müddət “Afgen” Klinikasında da fəaliyyət göstərib. Onun haqda məlumatlarda klinikanın rəhbəri olaraq da göstərilib.
“Herbimed” MMC 2008-ci ildə təsis olunub. Onun qanuni təmsilçisi və təsisçisi də Y.Gülməmmədov olub. Hazırda vergi reyestrində qanuni təmsilçi Nəcəfov Azər Bayram oğludur. A.Nəcəfovla Y.Gülməmmədov sosial şəbəkədə də dostdurlar. A.Nəcəfovun da adına hazırda “Herbimed”lə yanaşı daha bir müəssisə “Atash-farm” MMC (VÖEN: 3101185981) qeydiyyatdan keçirilib. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər ev 5, mənzil 1-dir. Bu ünvanda da daha bir müəssisə qeydiyyata alınıb – “Harunfarm” MMC (VÖEN: 3101168861). Harun həm də icra başçısının oğul nəvəsinin adıdır. Hər iki müəssisə 2013-cü ildə qeydiyyata alınıb. “Harunfarm”ın keçmiş qanuni təmsilçisi Əliyev Taleh İsaxan oğlu, hazırkı qanuni təmsilçi Bəxtiyarov Babək Fərman oğludur. Müəssisələrin fəaliyyətinin genişliyini Taleh Əliyevin də timsalında görürük. Belə ki, onun adına daha bir müəssisə rəsmiləşdirilib – “Bioflora-M.V.” (VÖEN: 1701630621) MMC-dir. Nizamnamə kapitalı 20 manat olan müəssisənin ünvanı, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 25, mənzil 1-dir.
Bütün iddialarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930