Dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı sorğuları artıb

02.01.2020 - 12:27

Ötən il ərzində Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı 2018-ci illə müqayisədə 26,4% artaraq 4 447 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində mərkəzə daxil olan sorğulardan 96,4%-nə baxılıb və təmin edilib.

Ötən il ərzində Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 266 hesabat təqdim edilib ki, bu da 2018-ci ilin göstəricisini 67,3% üstələyir.

Mərkəzdən verilən məlumata əsasən, il ərzində Azərbaycan internet məkanında dövlət qurumlarına aid 45 yeni domen və 107 subdomen qeydiyyatdan keçib ki, bu da 2018-ci ilin göstəricisindən müvafiq olaraq 21,6% və 3,8 dəfə daha çoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140043

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930