Seçicilərin nəzərinə: Rəşad Mahmudovla bağlı sayt fəaliyyətə başladı

22.01.2020 - 22:12

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudovun fəaliyyətini əks etdirən sayt fəaliyyətə başlayıb. Saytda R.Mahmudovun elmi-tibbi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə bağlı başlıca məqamlar da öz əksini tapıb.

R.Mahmudov sosial şəbəkədəki hesabında hələlik test rejimində fəaliyyət göstərən saytın yaxın gələcəkdə rus və ingilis dillərində də fəaliyyət göstərəcəyini bildirib:

“Azərbaycandakı fəaliyyətimin son 15 ilini yığcam şəkildə əks etdirən www.rashadmahmudov.az saytı bugün aktiv edildi. Saytda həkimlik və elmi fəaliyyətim, yerli və beynəlxalq konfrans, seminar və forumlardakı iştirakım, həyata keçirdiyimiz xeyriyyə aksiyaları, siyasi fəaliyyətim və s ilə bağlı məlumatlar yerləşdirilmişdir. Hazırda test versiyası kimi aktiv olunan sayta arxiv materiallarin yüklənməsi prosesi davam edir. Gələcəkdə saytın rus və ingilis dillərində də dərc olunmasını hədəf almışıq”.

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141323

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930