Rəşad Mahmudovun bu kənddə də ilk baş çəkdiyi ev şəhid ailəsinin evi oldu…

24.01.2020 - 20:35

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov Astaranın Artupa kəndindəki seçicilərlə görüşüb.

 

Bundan əvvəlki görüşlərində olduğu kimi, bu dəfə də namizədin ilk baş çəkdiyi ev şəhid ailəsinin evi olub. Şəhid Yaquv Ağayevin atası Əsgər Ağayevlə görüşən R.Mahmudov, şəhid yaxınları ilə səmimi söhbət edib, onların sosial durumu, yaşam səviyyəsi, arzu və istəkləri ilə maraqlanıb.

 

R.Mahmudov sosial şəbəkədəki hesabında şəhid atasının dövlətin  şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan məmnunluğunu ifadə etdiyini bildirib:

“Astaranın Artupa kəndindən olan şəhidimiz Ağayev Yaqubun atası Ağayev Əsgərə evində baş çəkdim. Onun sağlıq durumu və qayğıları ilə maraqlandım. Əsgər kişi göstərilən ehtirama görə təşəkkür edərək, hər cür diqqət və qayğı ilə əhatə olunduğu üçün dövlətimizin başçısı cənab Prezidentə təşəkkür etdi. Balasının uğrunda şəhid olduğu Vətənimizin bu günkü abadlığını, yüksək inkişafını gördükcə rahatlıq tapdığını dilə gətirdi.

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsinin, problemlərinin vaxtında həll olunmasının və hər cür qayğı ilə əhatə edilməsinin təşkilini hər zaman dəstəkləyirəm”.

 

Seymur ƏLİYEV

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141518

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930