Bakıda 85 ilin körpüsü bu gün sökülür – Foto

07.03.2020 - 12:54

Xəbər verdiyimiz kimi, “28 May” küçəsindəki məşhur dəmiryol körpüsü söküləcək. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, körpünün söküntü işləri bu gündən aparılacaq.

O, bildirib ki, söküntü işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşma martın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Xatırladaq ki, bir neçə il öncə həmin körpüdə baş verən qəza onu zədələmişdi. Belə ki, betonvuran (pompa) nəqliyyat vasitəsi sürətlə hərəkət edərək körpünün altında ilişərək qalmışdı.

1935-ci ildə tikilmiş həmin körpü sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunmuşdu.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143682

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930