Eldar Əzizovun şöbə müdiri milyonluq obyekti necə tikdirib? – SƏNƏD

01.06.2020 - 09:26
Rəsmi maaşı 1000-1500 manat arası olan, ancaq bununla belə milyonluq obyektə sahib olan məmurlardan biri də Bakı şəhər İcra Hakimiyyəti Mənzil fondunun uçotu şöbəsinin müdiri Vüqar Seyidovdur…
Azərbaycanda məmurların böyük əksəriyyətinin dövriyyəsi milyonlarla ölçülən biznesə, obyektlərə sahib olması barədə mətbuatda xeyli yazılar dərc edilib. Mövcud qanunvericilik məmurun biznes fəaliyyəti ilə məşğul olması qadağan edir. Ancaq məmurlarımızın böyük əksəriyyəti bu qadağanı görməzdən gəlməkdədir.
Aylıq məvacibləri 1000-1500 manat civarında olan məmurların bu bizneslərinin, obyektlərinin böyük əksəriyyəti dövlətin büdcəsindən müxtəlif maxinasiyalarla mənimsənilən maliyyə hesabına əldə edildiyi heç kimdə şübhə doğurmur.
Diqqətçəkən məqamlardan biri də əksər məmurların korrupsiya hesabına yaratdıqları biznesi-obyektləri açıq-aşkar öz adlarına, yaxud da ailə üzvülərinin adlarına rəsmiləşdirmələridir. Rəsmi maaşı 1000-1500 manat arası olan, ancaq bununla belə milyonluq obyektə sahib olan məmurlardan biri də Bakı şəhər İcra Hakimiyyəti Mənzil fondunun uçotu şöbəsinin müdiri Vüqar Seyidovdur.
AzFakt.com-un əldə etdiyi məlumata görə Bakı şəhəri, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, M.Abbasov küçəsi- 2 ünvanında ümumi sahəsi 809.82 kvadrat metr, 4 mərtəbəli ofis binası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil fondunun uçotu şöbəsinin müdiri Vüqar Seyidovun həyat yoldaşı Seyidova Reyhan Osman qızının adına sənədləşdirilib.
Hazırkı bazar qiyməti ilə adı çəkilən ofis binasının qiyməti 2-2,5 milyon manat arasındadır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147479

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930