Azərbaycan Ordusunun 15 generalı niyə edam olunub? – İspaniya mətbuatı yazır

29.06.2020 - 23:02

İspaniyanın “Style International” qəzeti Azərbaycan ordusu barədə məqalə dərc edib. Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr edilmiş kiçik tanıtım yazısında ordumuzun yaranması və bugünkü vəziyyəti barədə qısa informasiyalar verilib. Məqalədə deyilir:

Azərbaycan Silahlı Qüvvələri “Global Fire Power 2020” sıralamasında 138 ölkə arasında  64-cü yerdədir. Qonşu Gürcüstan Ordusu bu siyahıda 89-cu, Ermənistan isə 111-ci sırada yer alır. Demək, Azərbaycan Silahlı Qüvvələri logistik və döyüş qabiliyyətinə görə, Cənubi Qafqazın ən güclü ordusudur.

Tarix

Azərbaycan Ordusunun yaranma tarixi 100 il əvvələ gedib çıxır. Onun ilk hərbi hissəsi hələ 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. AXC özü həmin il mayın 28-də qəbul olunmuş İstiqlal Bəyannaməsi ilə elan edilmişdi. Qısa zamanda Milli Ordunun yaradılmasında məqsəd gənc respublikanın xarici işğallardan müdafiəsi, eyni zamanda daxildəki düşmən qüvvələrin zərərsizləşdirilməsi idi.

Nizami Ordu

Beləliklə, müstəqilliyin elan olunmasından az sonra hökumət, qarşısına 25 minlik ordunun yaradılması məqsədini qoymuşdu. 1918-ci il avqustun 1-də qurulmuş Azərbaycan Müdafiə Nazirliyinin ilk rəhbəri Xosrov bəy Sultanov olub.

Artıq 1919-cu ildə Bakı şəhərində ilk hərbi parad keçirilib. Azərbaycan Ordusu Osmanlı imperiyasına məxsus Qafqaz İslam Ordusu ilə birlikdə qısa vaxtda paytaxt Bakını və ətrafını erməni-bolşevik işğalından azad edib.

Müstəqillik yolu

Lakin 1920-ci ildə AXC Sovet Rusiyası tərəfindən işğal olunub. Bununla, onun Müdafiə Nazirliyi də ləğv edilib. Bu azmış kimi, bolşeviklər Azərbaycan Ordusunun 15 generalını edam edib.

Nəhayət, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib və Milli Ordu quruculuğu bundan sonra tam başa çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 İyun ölkədə Silahlı Qüvvələr Günü elan olunub.

Ən yeni tarix

Bu gün Azərbaycanda beynəlxalq sərgilərdə nümayiş olunan mindən çox hərbi məhsul istehsal edilir. Azərbaycan Ordusu beynəlxalq terrorçuluqla mübarizəyə böyük töhfələr verir. 1999-cu ildən Azərbaycan Ordusuna məxsus 3 mindən çox hərbiçi müxtəlif bölgələrdə sülhməramlı əməliyyatlarda iştirak edib. \\Ovqat

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=148978

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930