Əlim sənə doğru uzanıb…

17.01.2019 - 18:44

Çoxdan yazmaq istəyirdim sənə. Bu günə qismətmiş. Sənə deyəcək o qədər sözüm var ki… Hardan başlayıb nəyi deyəcəyimi də bilmirəm. Yəqin yazıb bitirəndən sonra bunu yazmadım, onu yazmadım deyə düşünəcəm. Onsuz da bir ömür sənə sözüm bitməz….
Nəysə ondan başlayım ki, bu son günlərdə iki dəfə özünü keçmişdə münasibətim olan qadınlarla müqayisə etdin. İstəyirəm biləsən
SƏN TƏK QADIN OLDUN Kİ, mən bütün varlığımla əsir düşdüm…
SƏN TƏK QADIN OLDUN Kİ, mənə yox, bunu etmə, bu olmaz dedin qəbullandım…
SƏN TƏK QADIN OLDUN Kİ, mənə əvvəl heç vaxt etməyəcəklərimi et dedidin və sevinə sevinə etdim…
SƏN TƏK QADIN OLDUN Kİ, sənə yox deyə bilmədim heç zaman…
SƏN TƏK QADIN OLDUN Kİ, yanında özümü kişi kimi hiss etdim…
SƏN TƏK QADIN OLDUN Kİ, sənə qədər kihəyatıma peşman olub hər şeyi yenidən başlatmaq istədim…
…və nəhayət SƏN TƏK QADIN OLDUN Kİ, mənə ömrümdə ilk dəfə xoşbəxtlik yaşatdın…
Sənlə baş başa yeməyə çıxanda, küçədə gəzəndə, alış veriş edəndə, telefonda danışanda, yataqda… o qədər xoşbəxtəm ki, bunu sözlə deyə bilmərəm. Bilirəm biz bundan artıq xoşbəxt ola bilmərik, bilirəm birgəliyimiz bundan artıq mümkün deyil. Bunları ən azı sənin qədər bilirəm. Mən bundan artıq ancaq bax belə xoşbəxt anlarımızın çox olmağını istəyirəm. Nə bilək nə qədər ömrümüz qalıb. Mən yerdə qalanı xoşbəxt yaşamaq istəyirəm. Son ilyarımdakı xoşbəxtliyimi davam etdirmək istəyirəm. Ya bunu davam etdirək, ya burax məni, burax ki gedim yuvarlanım… Hər şeyi özünçün et deyirsən haaa… Keçən il yanvarın 16-da ilk görüşümüzdəki mən yadındamı? Fərqi də görürsənmi? Bunu sənə mənə yazığın gəlib bunu buraxmayım deyə düşünmən üçün demirəm. Bunu istəmirəm. Birgə əl ələ bir həyat yolu gedib haqqımız olan xoşbəxtliyi yaşamamızı istəyirəm. İnan səni və özümü xoşbəxt etməkdən başqa bir məqsədim yox daha həyatda. Bax buna qərar verməni istəyirəm. Həm də qəti qərar. Bilirəm ağır şeylər yaşadıq. Bilirəm daha çox sənə ağır oldu. Bilirəm ki, səndən olanları unut getsin istəmək yanlış. Bunların hamısını bilirəm. Səndən gəl olanlardan dərs çıxaraq bir daha bunu yaşamayaq. Birgə ağılla yollar arayıb hislərimizi qandallamayaq. İstədiyim bu. İnan içimdə sonun sevincli və xoş olacağına inamım olmasa sənin üstünə bu qədər getmərəm. Amma birgəliyimizin ikimizi xoşbəxt edib, bu xoşbəxtliyin gücü ilə əzizlərimizi, övladlarımızı xoşbəxt edə bilərik. İstəyin və inamın varsa əlim sənə doğru uzanılıb. Əlini ver gedək bu yolu, yaşayaq bu ömrü haqqımız olan sevgi və sevinclə…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930