“TikTok” Trampın fərmanını məhkəməyə verdi

25.08.2020 - 10:14

Çin sosial şəbəkəsi “TikTok” ABŞ Prezidenti Donald Trampın imzaladığı və “TikTok”un istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan fərmana qarşı məhkəmə iddiası qaldırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

“Hökuməti məhkəməyə vermək bizim üçün asan deyil. Ancaq hüquqlarımızı, habelə icmalarımızın və işçilərimizin hüquqlarını qorumaq üçün hərəkət etməkdən başqa çarəmiz yoxdur”, – deyə “TikTok”un yaydığı press-relizdə bildirilir.

Qeyd edək ki, avqustun 6-da imzalanan fərman dərc edildiyi tarixdən 45 gün sonra “TikTok”un sahibi “ByteDance” şirkəti ilə ABŞ-ın yurisdiksiyasında olan hər hansı bir əmlakla bağlı istənilən əməliyyatın aparılmasını qadağan edəcək.

Trampın sonrakı icra sərəncamında isə şirkətə müqaviləni başa çatdırması üçün 90 gün vaxt verilib.

Orijinal icra sərəncamında bildirilib ki, “TikTok” ABŞ iqtisadiyyatına və milli təhlükəsizliyinə təhlükə törədir. ABŞ rəsmiləri Çin hökumətinin ABŞ vətəndaşları istifadəçilərinin məlumatlarını əldə edəcəyindən qorxurlar. Şirkət iddia edir ki, bu məlumatları heç vaxt orqanlara ötürmür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152910

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930