“Putinin aşbazı” kimi tanınan biznesmen Paşinyanı və Ermənistanı “vurdu”

01.10.2020 - 16:21

Rusiyada və ondan kənarlarda “Putinin aşbazı” kimi məşhuryaşan iş adamı Yevgeni Priqojin Qarabağda hərbi eskalasiyanın şiddətlənməsinin günahkarının Ermənistan, xüsusilə də bu ölkənin ABŞ-la işvə-naz içində olaraq, Rusiyaya arxa çevirən baş naziri Nikol Paşinyan olduğunu bildirib. 

Qarabağda gedən müharibədən və Rusiyanın bu savaşa qatılmaq ehtimalından danışan Priqojin rusiyalı jurnalistlərə deyib ki, birincisi, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, ikincisi, Rusiya Azərbaycan ərazisində, yəni “DQR”-də hərbi əməliyyatlar aparmaq üçün hüquqi əsaslara malik deyil.

“Rusiya 1998-ci ilə qədər, amerikalıların Ermənistanda inqilab edərək Paşinyanı hakimiyyətə gətirənə qədər  Ermənistanı və Azərbaycanı danışıqlar masası arxasında oturda bilirdi. Hazırda Ermənistanda ABŞ QHT-ləri erməni hərbi hissələrindən çoxdur. Ona görə də Paşinyan güzgüdən yox, öz əyri sifətindən küssün”.

Priqojin deyib ki, Paşinyan erməni xalqını aldadıb və hazırkı situasiyada onu müdafiə edə bilmir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155204

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930