Suqovuşanın suyuna qovuşmuş torpağın bərəkəti və insanların fərəhi – VİDEO+FOTO

10.10.2020 - 11:10

Qarabağda erməni təxribatına cavab olaraq əks-hücuma keçmiş şanlı ordumuzun müzəffər yürüşü sayəsində Suqovuşan kəndinin və onun yaxınlığındakı su anbarının düşməndən geri alınması, bütün xalqımız kimi, bölgə camaatını da hədsi sevindirib.

25 ildən artıq idi ki, ermənilər bu bəndin qarşısını kəsir, suvarma üçün əlverişli aylarda Tərtər çayına su buraxmırdılar, nəticədə 100 min hektarlıq əkin sahələri susuzluqdan qovrulurdu, kənd zəhmətkeşləri bərəkətli torpaqlardan lazım qədər məhsul götürə bilmirdilər.

Artıq suyun qarşısını kəsən “əjdaha”nın qolları vurulub və o, başı əzilmiş halda suyun dəhnəsindən çəkilməli olub. İndi Suqovuşanın suyu, sözün əsl mənasında bölgə camaatı üçün dirilik suyudur. Onlar çox sevinir və buna görə şücaətli ordumuza minnətdardırlar.

Tərtərdə olan əməkdaşlarımız Elşən Məmmədəliyev və Elçin Əkbərov öz halal nemətlərinə – Suqovuşanın suyuna qovuşmuş insanların bugünkü sevincini video və fotolentə həkk edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930