Günün vətənpərvəri: ordumuza 50 min dollar ianə edən Qusman – ermənilər ondan şikayətçidir

13.10.2020 - 11:10

Şəkildə gördüyünüz bu kişi Rusiyanın ən qədim və ən böyük TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.

Mixail Qusman Bakıda doğulub-böyüyüb və o, əsl Azərbaycan vətənpərvəridir.

Dünən o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib, fonda 50 min dollar vəsait köçürüb.

Hazırda ermənilər onun cəzalandırılması üçün rəsmi Moskvaya, Kremlə şikayət edirlər ki, Qusman nədən belə bir hərəkət edib.

4 il öncə aprel ayının sonlarında onunla Astanada (indiki Nur-Sultan) görüşən əməkdaşımız Xalid Kazımlı deyir ki, AzTV-nin və İTV-nin Qazaxıstandakı müxbirləri Fadil Paşayev və Füzuli Məcidli ilə birlikdə beynəlxalq mediaforumun baş tutduğu zalın pilləkənində Qusmanla rastlaşıblar, yaxınlaşıb, Aprel döyüşlərinə münasibətini soruşublar. Qusman jurnalistlərin Bakıdan olduğunu biləndə səmimi mehribanlıqla “əziz həmyerlilər” deyə xitab edərək, suallarına cavab verib və Azərbaycan tərəfinin yüzdəyüz haqlı, Ermənistanın aqressiya və işğaldan əl çəkməli olduğunu bildirib.

Ona görə də bu gün Mixail Qusmanın Azərbaycan ordusuna aid yardım fonduna 50 min dollar ianə etməsi gözlənilməz hadisə deyil. Adam lap gəncliyindən gerçək bir vətənpərvərdir. Kaş digər bakılı milyarderlər də onun qədər səxavətli və patriot olaydılar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930