Özümüzü koronavirusdan qorumaqla döyüşən hərbçilərimizi xəstəlikdən müdafiə etmiş olarıq – Ekspert

20.10.2020 - 10:56

Ölkəmiz Qarabağ cəbhəsində olduğu kimi, koronavirus cəbhəsində də ləyaqətlə və ağılla mübarizə aparır. Lakin bu mübarizədə hər birimiz iştirak etməliyik.

Bunu Trend-ə “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyi nəzdində İctimai Şuranın üzvü Yeganə Sultanova deyib.

Onun sözlərinə görə, hər birimiz anlamalıyıq ki, vətənimizin bu ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən və ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq.

Y.Sultanova qeyd edib ki, dünyanı vəlvələyə gətirən, hələ də geniş vüsət almaqda davam edən COVİD-19 virusu bütün dünyanı ikinci dalğası ilə qorxuya salır.

Xəstəliyin geniş yayılmasını çox təhlükəli sayan mütəxəssis qeyd edib ki, xəstəxanaların, tibb işçilərinin diqqəti cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz:

“Ona görə də özümüzü və döyüşən qüvvəmizi qorumalıyıq. Bunun üçün isə vacib şərt şəxsi gigiyena qaydalarını gözləmək, maskadan istifadə etmək, kütləvi toplantılara mümkün qədər şərait yaratmamaq, sosial məsafəni saxlamaqdır. Bu gün hər birimiz işğal altında olan torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni, bacardığımızı etməliyik. Əgər vətəndaşlarımız tədbirləri düzgün etsələr, payız mövsümünü rahat və problemsiz keçirə bilərik. Gigiyena qaydalarına riayət edilməsi, maskanın taxılması, sosial məsafənin qorunması kimi tədbirlər bizim hər birimizi payız-qış mövsümü üçün xarakterik olan digər respirator xəstəliklərə yoluxmaqdan da qoruya bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156365

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930