Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb

21.10.2020 - 16:03

Rusiyanın Xabarovsk diyarında “Su-34” ön xətt qırıcısı qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə planlı təlim uçuşu zamanı qəzaya düşüb.

“Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda ekipaj üzvləri baza aerodromuna təxliyə edilib”, – Mətbuat xidmətindən vurğulayıblar.

Əlavə olunub ki, uçuş sursat olmadan həyata keçirildiyindən meşəlik-düzənlik olan qəza yerində ciddi dağıntı yoxdur. Hadisənin başvermə səbəblərini və şəraitini müəyyənləşdirmək üçün qəza yerinə Şərq Hərbi Dairəsindən komissiya göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156437

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930