Şəmkirdə ev yanıb
Şəmkir rayonunun Tatarlı kəndində ümumi sahəsi 108 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, içərisindəki ev əşyaları və zirzəmisinə yığılan 10 ton ot bağlamasının 8 tonu yanıb.
Musavat.com FHN-in saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Short URL: https://www.cumhuriyyet.net/?p=157787