Ceyms Bondun sevgilisi ölüb

04.01.2021 - 17:06

Məşhur “Agent 007” filmindəki Ceyms Bondun sevgililərindən olan Steysi Satton rolunun ifaçısı Tanya Roberts 65 yaşında Los-Ancelesdə vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın ölümü ilə bağlı informasiyanı onun nümayəndəsi təsdiqləyib.

Məlumata görə, Tanya Roberts milad günü ərəfəsində iti ilə gəzməyə çıxıb, evinə qayıdanda yolda yıxılıb və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Onu süni nəfəs aparatına qoşublar. Ancaq həkimlər beyinin öldüyünü əsas göstərərək T.Robertsi aparatdan ayırıblar.

Qeyd edək ki, Tanya Roberts (anadan olan zaman adı Viktoriya Li Blum olub – red) 1955-ci ilin oktyabrın 15-də Nyu Yorkda yəhudi-irland ailəsində anadan olub. 1970-ci illərin əvvəlində filmə çəkilməyə başlayıb. Rocer Murla “Agent 007” filmində Ceyms Bondun sevgililərindən biri rolunu oynayıb. Tanya “Vəhşi heyvanların hökmdarı”, “Şina cəngəllər kraliçası”, “Demək olar ki, hamilədir” kimi filmlərdə baş rolları oynayıb. 1990-cı illərin sonundan filmlərə çəkilməsə də, hərdən müxtəlif şou tədbirlərində görünüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930