Qazaxlı gənclər Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədovun ad günündə məzarını ziyarət ediblər
Avqustun 25-i Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi kəşfiyyatçı kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun cənnətdəki növbəti doğum günüdür.
Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Əhməd Məmmədovun 28 yaşı tamam olacaqdı…
Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də qəhrəman şəhidimizi doğum günündə yad ediblər. İgid Vətən oğlunun Fərəhli kənd qəbiristanlığında olan məzarını ziyarət edərək, məzarı üstünə qərənfillər düzüb, əziz xatirəsini hörmət və ehtiramla anıblar.
Short URL: https://www.cumhuriyyet.net/?p=181013