Gəncədə terror qurbanlarının anım tədbiri keçirildi

17.10.2022 - 16:04

ilham əliyev imza

Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbiri keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, bu dəhşətli hadisənin ikinci ildönümündə Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın səfirin, diplomatik korpus nümayəndələrinin, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri təşkil olunub.

Səfər zamanı xarici nümayəndələr şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olublar.

Daha sonra anım tədbiri baş tutub. Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov “Dəmir yumruq” əməliyyatı dövründə prokurorluq orqanlarının da aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini deyib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törədilmiş cinayətlərə görə heç bir məsuliyyəti üzərinə götürmədiyini deyib.

“Azərbaycan XİN beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə Ermənistanı məsuliyyətli davranışa çağırıb, törədilmiş cinayətlərə görə, məsuliyyəti qəbul edib təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsini qaldırıb” – E. Məmmədov deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183819

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930