“50 milyonluq Azərbaycan xalqı Güney Azərbaycan türkləri ilə bir yerdədir” – DAK bəyanat verdi

26.11.2022 - 11:34

Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanda başverənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın Qarabağda Zəfər Savaşı bütün Türk Dünyasının oyanış və qalxınmasına təkan verdi.  Bu gün Anadoludan Altaylaradək geniş bir coğrafiyanın gerçək sahibi olan Türk milləti öz tarixi haqqının bərpası üçün ayaqdadır. 200 illik bölünmə, əsarət və asimilasyaya zülmü altında yaşayan  Güney Azərbaycan türkləri də hürriyyət və istiqlal uğrunda mübarizəyə qalxıb. Bu gün dünyanın gözü İranda insanların doğal haqları üçün başladığı etiraz aksiyalarındadır. Rejimin amansız repressiyalarına məruz qalan bu prosesdə biz, həmişə plduğu kimi, Güney Azərbaycandan olan soydaşlarımızın taleyini düşünürük. İran rejiminə qarşı milli və siyasi haqları uğrunda mübarizə aparan soydaşlarımızın ümid və inam yeri  Azərbaycan Respublikasıdır.
Azərbaycan Respublikasının 50 milyonluq bir xalqın tək dövləti olduğunu bir daha vurğulayan Dünya Azərbaycanlıları Konqresi vətənin güneyində olan soydaşlarımızın haqq savaşında yalqız olmadıqlarını bir daha bəyan edir. DAK, olaraq bizlər, özəlliklə prezident İlham Əliyevin “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir” bəyanatını alqışlayır,  Azərbaycan Respublikası rəhbərliyinin milli maraqlarımız istiqamətində siyasətini bütün gücümüzlə dəstəklədiyimizi bildiririk. Qarabağ Zəfərində olduğu kimi, Güney Azərbaycan mübarizəsində də, harda yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının bir yumruq kimi birləşməlidirlər. Bu yol haq və namus yoludur!
Yaşasın Azərbaycan!
Yaşasın İstiqlal!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185771

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930