Lerikdə şəhid anaları və xanımları üçün tədbir keçirildi

05.03.2023 - 23:42

Lerik rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarının, xanımlarının şərəfinə tədbir keçirilib.

Lerik rayonundan olan xeyriyyəçi iş adamı Zaur Azad oğlu Nəzərovun dəstəyi ilə “Relax” mərkəzində keçirilən tədbirə şəhid anaları, bacıları, xanımları dəvət olunub.

Azərbaycan Respublikasının dövlət himninin oxunuşu və şəhidlərin ruhuna sayğı duruşu ilə başlayan tədbiri giriş sözü rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov açıb. Daha sonra şəhid analarına və digər qonaqlara söz verilib. Musiqi və rəqs nömrələri ilə davam edən tədbir şəhid ailəsindən olan xanımlara qazilərin hədiyyələr təqdim etməsi ilə başa çatıb.

Həmin gün az da olsa, qəlbidağlı anaların könlünü xoş etmək, onlara bayram sevinci yaşatmaq mümkün oldu. Şəhid ailələrini daim diqqətdə saxlayan, onlara hər cür dəstək olan xeyriyyəçi soydaşımız Zaur Nəzərovun bu əməli də yaddaşlarda dərin iz buraxacaq.

Şəhidlərin ruhunu qürur və ehtiramla anırıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=189449

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930