Novruz həm də Zəfər bayramı kimi qeyd olunur

19.03.2023 - 16:42

Xalqımızın tarixi yaddaşından süzülüb gələn zəngin ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan Novruz neçə yüzillərdir ki, ümumxalq bayramı kimi qeyd edilməkdədir. Ancaq 3 ildir ki, Novruz həyatımızda bam-başqa yeni bir səhifə açıbdır, hər bir azərbaycanlı ən əziz və müqəddəs bayramı olan Novruzu ikiqat bayram sevinci ilə qeyd edir.
3 ildir ki, bu bayramın doğma Qarabağımızda, müqəddəs torpaqlarımızda, Şuşada bayram süfrəsi açmaqla, Novruz tonqalı alovlandırmaqla qürurunu yaşayırıq.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz ailə üzvləri ilə xalqımızı azad edilmiş torpaqlardan təbrik edir, sonsuz arzularını çatdırırlar. Bundan böyük xoşbəxtlik, bayram əhval-ruhiyyəsi ola bilməz.
Novruz bayramı Qarabağ və Zəngəzurda, Ağalı kəndində bayram süfrəsi açılmaqla qeyd edilir, əsgərlərimiz Şuşada Novuz tonqalı ətrafında bu əziz bayramı sevinclə, böyük coşqu və təntənə ilə qarşılayır, Qarabağda Novruz səmənisi boy atır.
Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir, ümumxalq bayramıdır. Novruz bundan sonra həm də Zəfər bayramı kimi qeyd olunur, Qarabağın əbədiyaşarlıq rəmzinə çevrilir, Zəfər tonqalları alovlanır.
Əziz Şəhid Anaları və Bacıları, Ailələri, Cəsur Qazilərimiz, sizə bu əziz gündə sonsuz minnətdarlığımı çatdırır, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun.
Əziz xalqım, Sizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar təravətli uzun ömür, cansağlığı və ailə səadəti arzu edirəm.
Bu gözəl gündə süfrənizin bol ruzili, tonqalınızın gur alovlu olmasını, bütün arzularınızın çin olmasını diləyirəm.
Novruz bayramınız mübarək olsun!

Siyasi elmlər doktoru,professor 

Vaqif ABDULLAYEV 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=190094

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930