General Orucov Ulu Öndərin məzarını ziyarət etdi

08.05.2023 - 11:46

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin  anadan olmasının 100 illiyi ilə əlaqədar Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edənlərin ardı arası kəsilmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucov da Ümummilli Liderin məzarını ziyarət edib. Məlumat üçün bildirək ki, general-mayor N.Orucov Birinci Qarabağ döyüşlərində tabor komandiri olub, Ağdamda, Qazaxda gedən döyüşlərdə fəal iştirak edib.

7

General  ulu öndərin ordu quruculuğu işinə hələ SSRİ dövründən başladığını bildirib. Belə ki, azərbaycanlıların keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almağa göndərilməsi məhz Heydər Əliyevin göstərişi ilə həyata keçirilib, eləcə də Azərbaycanda hərbi təhsil müəssisələri yaradılıb. Novruzəli Orucov qeyd edib ki, 1993-cü ildən Azərbaycana yenidən rəhbərlik edən ulu öndərin ilk islahatları Silahlı Qüvvələrdən başlayıb və ölkədə vahid komandanlıq altında ordu yaradılıb. İndi bu ordu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək səviyyə gəlib çatıb: ” Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Ona görə idi ki, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması, Azərbaycana qarşı hərbi təcavüzün cilovlanması və Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında dəstəklənməsi üçün Heydər Əliyev yeni xarici siyasət formalaşdırdı. Əvvəlki dövrlərdən fərqli olaraq izlənilən yeni xarici siyasət xalqın və dövlətin mənafeyinə tabe etdirildi, əsassız birtərəfliliyə son qoyuldu, bölgədə maraqları kəsişən böyük dövlətlərin maraqlarının yaxınlaşdırılmasına cəhd göstərildi, Ermənistanın təcavüzkarlığı barədə müfəssəl məlumatlar  ən yüksək kürsülərdən dünya ictimaiyyətinə çatdırıldı. Bunun nəticəsi idi ki, dünyanın böyük dövlətlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək əməli xarakter aldı.

Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və Zəfər Savaşı ilə tarixə imza atıb”

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930