İcra başçısı iməcilik keçirilən qəbiristanlıqlarda görülmüş işlərlə tanış olub

20.05.2023 - 23:23

Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. İstər bayram ərəfələrində, istərsə də adi günlərdə bütün qəbiristanlıqlarda iməcilik keçirilir.

Mediaxeberleri.Az xəbər verir ki, iməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Ərazi iri otlardan, kol-kosdan təmizlənir, ehtiyac olan yerlərdə qəbiristanlıqların ətrafına yeni dəmir tor çəkilir, giriş qapıları rənglənir.

Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iməcilik keçirilən şəhər və kənd qəbiristanlıqlarında olub. Daş Salahlı, Çaylı, Hüseynbəyli kənd və şəhər qəbiristanlıqlarında olan rayon rəhbəri görülən təmizlik işləri ilə maraqlanıb.

Məlumat üçün qeyd edək ki, iməcilik bazar günü də davam edəcəkdir.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191723

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930