Vətəndaşın mülkiyyətinin məhv edilməsində əli olan məmur kimdir?

27.03.2024 - 11:06

Azmedia.info.az-ın redaksiyasına şikayət məktubu  daxil olub. Prezident İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova,Prezidentin köməkçisi Anar Ələkbərova, Birinci-Vitse Prezidentin Katibliyinin rəisi Altay Həsənova,Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi, bildirir ki, onlara etdiyi çoxsaylı müraciətlərindən və Kərəm Həsənovun  barəsində KİV-də yayımlanan şikayətlərimizdən sonra bəzi məmurlar tərəfindən himayədarlıq olunan mütəşəkkil birlik hərəkətə keçmiş,  30 ildən artıq bir müddətdə istifadəmizdə və 2005-ci ildən xüsusi mülkiyyətimdə olan Suraxanı Rayonu Hövsan Qəsəbəsində yerləşən evimi, evimin həyətində ayrıca tikilmiş çardağı, mətbəxi və  maşın qarajını gizlindən talan etmişlər.Təlimatlandırılmış cinayətkar dəstə əmlaklarmızı talan etdikdən sonra  törətdikləri cinayətin izini itirmək məqsədilə sözü gedən əmlaklarımı uçurdaraq məhv etmişlər. Amanova müraciətlərindən sonra, əmlaklarının  talan və məhv edilməsi-törədilmiş cinayət barədə məlumat verir. ​​​​

Hörmətli Mehriban xanım!

Hesab edirəm ki, mən, məmurların-Kərəm Həsənovun və Rüstəm Şahbazovun qanunsuz hərəkətlərindən Sizlərə şikayət etməkdə heç bir qanun pozuntusuna yol verməmişəm, dövlətə və dövlətçiliyə qarşı heç bir cinayət törətməmişəm. Təlimatlandırılmış birlik-dəstə tərəfindən əmlaklarımızın talan edilməsi və sonda da izi itirmək məqsədilə məhv edilməsi,  mənə, ailəmə və əmlakımıza qarşı seçilmiş bu cür cəza növünün hansı niyyət və məqsədlə törədildiyi bizə məlum deyildir. Qeyd edilən bu cinayət hadisəsinin baş vermə səbəblərinin müəyyən edilməsi və davam edən cinayətin   qarşısını alınmasına və həmin şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələrinə göstəriş verməyinizi Sizdən xahiş etmişdim. ​​​Əvvəl ki, müraciətlərimdə  bildirmişdim ki,  1988-ci ildə  Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evi 1993-cü ildən  istifadəmdədir və  2005-ci ildən isə xüsusi mülkiyyətimdədir. (özəlləşdirmişəm)​​​​​​​​​Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ verilmişdir. Xüsusi mülkiyyətimdə olan bağ evinə dair bütün hüquqverici və təsdiqedici sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır. ​

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!​​​​​​​

Bundan başqa, əvvəl ki, müraciətlərimdə bildirmişəm ki, 30 ildən artıq bir müddət ərzində istifadəmdə və xüsusi mülkiyyətimdə olan  bağ evimizin altındakı torpaq  sahəsi 2015-ci ildə qanunsuz olaraq satılmışdır.  O, dövrdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olmuşdur. Bu cinayət həmin vaxt ƏMDK-nin  rəhbərliyndə mühüm vəzifə tutan və hal-hazırda da ƏMDX-nin sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazov tərəfindən törədilmişdir. Ona görədə  cinayətin üstünün açılmasına imkan vermirlər.

Göstərmişdim ki,  “Torpaq İslahatı Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini köbudcasına pozmuşlar.  “Torpaq İslahatı Haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin  tələbində göstərilir ki,

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!

​​​​​​​Bir daha qeyd edirəm ki, mən,  Sizlərə olan müraciətlərimdə heç bir qanun pozuntusuna yol verməmişəm. Kimlərsə, Sizələrə məlumat verdiyimizə görə əmlakımızı talan və məhv etdirməklə bizi cəzalandırırlarsa, bizi haqqımızı tələb etməkdən, məmurların qanunsuz hərəkətləri barədə Sizlərə məlumat verməkdən bu cür qanunsuz yollarla qorxudub, çəkindirmək istəyirlərsə, bilsinlər və agah olsunlar ki, onlardan qorxmayacayıq və  qətiyyən çəkinməyəcəyik.

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!  ​​​​​

Törədilmiş cinayət barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və aidiyyəti dövlət qurumlarına teleqramlar vurmuşam və müraciət etmişəm. Cinayətin üstünün açılmasını, sifarişçilərin və cinayətin iştirakçılarının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilmələrini və mənim əmlakıma vurulmuş zərərin ödənilməsini xahiş etmişəm. ​​Çox-çox təəssüf edirəm ki,  bu günə kimi törədilmiş cinayət barədə heç bir tədbir görülməmişdir. Aidiyyəti qurumlar susurlar, özlərini görməməzliyə və eçitməməzliyə vururlar. Əmlakımız tamamilə məhv edilməsi davam etdirilir.

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!
​​​​​​​Sizə etdiyimiz bu müraciətimizdən  sonra ailəmə, mənə və əmlakıma qarşı daha nələr baş verəcəkdir,  hansı cinayət hadisəsi törədiləcəkdir onu bilmirik!!!… ​​​​​​​​Sizlərdən xahiş edirəm!

Aidiyyəti dövlət orqanlarına göstəriş verəsiniz, Müəyyənləşdirsinlər görək mülkiyyətimizin məhv edilməsində əli olan məmurlar kimlərdir? Mülkiyyətimizin altında olan torpağı satan, vəzifəsindən sui-istifadə edən məmur kim olmuşdur?​​​​​​​Ədalət bərqərar olunana kimi bu hadısənin nəzarətinizdə saxlayasınız.

Qabaqcadan öz minnətdarlığımızı bildirirəm.​                                                  Amanova Kəmalə Balaş qızı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199531

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930