“Azərbaycanla oyun üçün bütün ssenariləri …” – Farruciya

04.10.2018 - 15:34

“İlk 2 oyunda bizimlə olan futbolçuların əksəriyyətini saxlamışıq. Yerli oyunçuların daxili yarışlardakı çıxışını diqqətlə izləyirik. Seçimi də buna əsasən edirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan millisi ilə keçiriləcək oyunlardan danışan mütəxəssis hər iki komandanı qrupun favoriti adlandırıb:

“Cozef Zerafa Kosovo ilə matçda iştirak etməyəcək. Ancaq Azərbaycana qarşı oynaya biləcək, buna görə də 24 oyunçu çağırmışıq. Sarı vərəqə limitində olan futbolçularımız da var. Azərbaycanla oyun üçün bütün mümkün ssenariləri nəzərə almalıyıq. Hər iki oyun çox çətin olacaq, çünki qrupun favoritləri ilə mübarizə aparacağıq”.

Farruciyaya görə, qrupun ən yaxşısı Kosovo millisidir: “Kosovonu bu qrupda ən güclü komanda hesab edirəm. Onlara qarşı oynamaq bizim üçün ciddi sınaq olacaq. Azərbaycan da ötən ay bizimlə oyunda göstərdi ki, rəqabətli komandadır. Növbəti oyunlara eyni motivasiya və qətiyyətlə yanaşsaq, əminəm ki, uğur qazana bilərik”.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123371

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930