ETSN beynəlxalq təşkilatlara müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistanın Azərbaycana qarşı son günlərdəki hərbi təxribatları və 30 ildən çox davam edən təcavüzü nəticəsində ölkəmizin təbiətinə və regionun ətraf mühitinə vurduğu ziyan barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Təhsil, Elm və […]

Ermənilərin guya əsir götürülmüş Azərbaycan əsgəri ilə bağlı videosu saxta çıxdı

Ermənilərin guya əsir götürülmüş Azərbaycan əsgərinin videosu ilə bağlı sosial şəbəkələrdə yaydığı videogörüntünün saxta olduğu məlum olub. “Report” xəbər verir ki, həmin görüntünün saxta olduğu ilə bağlı fakt aşkara çıxıb. Məlum olub ki, həmin şəxs qrim otağında videodan öncə hazırlaşdıqdan sonra çəkiliş aparılıb.

Ermənistan Goranboyda evləri, məktəbi, polis şöbəsini top atəşinə tutdu

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutmuşdur. […]

Hikmət Hacıyev Ağstafada məhv edilmiş PUA-nın şəkillərini paylaşdı FOTO

“Ermənistanın kamikadze dron Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib. Dron yaşayış yeri ətrafında uçurdu. Xeyli sayda dinc sakinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edir”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Sülh tərəfdarları Ermənistanı dayandırmalıdır”, – H.Hacıyev əlavə edib. […]

“Bu millət torpağını, Vətənini nə qədər sevirmiş…”

Üç oğlu ilə birgə vuruşmuş əfsanəvi döyüşçü Hacı Əkbər Rüstəmov: “Artıq yaşayıram, bu neçə illəri yaşamırdım, artıq ordumuzun bu qüdrətə sahib olmasına görə Prezidentə təşəkkür edirəm” Son günlər davam edən aramsız döyüşlər, Vətən müharibəsində qəhrəmanlıq göstərən müzəffər ordumuz bizə 30 il əvvəlin qanlı savaşını xatırladır. Yaddaş tarixinə adları qızıl hərflərlə yazılan minlərlə qəhrəmanlarımız bu gün […]

30 illik müharibənin qələbə ilə bitməsi Azərbaycana investisiya axınını gücləndirəcək

Azərbaycanın Ermənistanın təcavüzkar siyasətinə qarşı başladığı Vətən müharibəsində ordumuz xeyli uğurlar əldə edib. Ölkədə siyasi rəhbərliyin qətiyyətli siyasəti, düşmən qarşısında qazandığı zəfərlər, dəyişməz iradə ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edib. Artıq açıq-aşkar dəstək göstərənlər az olsa da, neytral mövqe nümayiş etdirənlərin sayı artıb, Ermənistanı dəstəkləyənlər ciddi şəkildə azalıb. Azərbaycan Ordusu Dağlıq Qarabağ problemini birdəfəlik […]

“Chevron” işçilərinin 15 faizini ixtisar edəcək

Amerikanın “Chevron” neft və qaz korporasiyası yeni növ koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda işçilərinin ən az 15 faizini ixtisar etməyi planlaşdırır. Trend TASS-a istinadən xəbər verir ki, bu yaxınlarda dünya üzrə “Chevron” işçilərinə yenidən iş üçün müraciət etmələri barədə məlumatlandırılıb. Bir neçə həftə ərzində şirkət artıq xidmətlərində maraqlı olmayan hazırkı işçilərinə müvafiq bildiriş göndəriləcək. “Chevron” […]

Sarkisyan Moskvaya yalvarır: “Ümid edirəm ki…”

“Ümid edirəm ki, Rusiyanın səyləri nəticəsində yaxın günlərdə Qarabağda qan axmasını dayandırmaq mümkün olacaq”. Axar.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Ehtiyac yarandıqda Türkiyə hərbi dəstək də verə bilər, tam qanunidir

Çavuşoğlunun “Lazım gəlsə, bir millət, bir dövlət kimi davranacağıq” bəyanatının açması; Elman Nəsirov: “BMT-nin nizamnaməsinə görə Azərbaycan müttəfiqləri ilə birgə müdafiə olunmaq hüququna malikdir, qardaş ölkənin istənilən formada Azərbaycanın yanında olması tamamilə qanunauyğundur” Türkiyənin xarici işlər naziri Bakıya gəldi və Azərbaycana qardaş dövlətin dəstəyi bu şəkildə də ortaya qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev və xarici […]

Yaponiya hökuməti ölkəyə gəlmə şərtlərini daha da yumşaltmağı planlaşdırır

Yaponiya hökuməti koronovirus pandemiyası ilə əlaqədar ölkəyə gəlməyə tətbiq olunan qadağaları daha da yumşaltmaq üçün əlavə imkanlar axtarır. AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 8-də işgüzar “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, yeni yumşaltmalar həm yerli əhalini, həm də Yaponiyada yaşamaq hüququna malik əcnəbiləri əhatə edəcək. Həmin şəxslər xaricə səfərlərdən döndükdən sonra onlardan iki […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031