Hulusi Akar: “Qalıcı sülh Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından sonra təmin oluna bilər”

Qalıcı sülh və sabitlik Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından sonra təmin oluna bilər. APA-nın yerli bürosunun “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. “Qalıcı sülh və sabitlik Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından sonra təmin oluna bilər. Bunu beynəlxalq təşkilatlar anlamalıdırlar”, – deyə türkiyəli nazir vurğulayıb. H. […]

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları yenidən artıb

Gürcüstanda son sutkada daha 1 941 nəfərdə koronavirus aşkarlanıb, 350 nəfər sağalıb, 10 koronavirus xəstəsi isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi stopgov.ge saytında məlumat verilib. Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 26 min 503 nəfərə çatıb. Sağalanların sayı 10163, ölənlərin sayı isə 193 olub. Hazırda karantində […]

MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

Saxtakar erməni marşalların saxtakar xələfi – Araikin Putinə saxta faktlarla dolu məktubu

Ermənilərə yaxından bələdliyi olan ölkələrin, eləcə də bizim leksikonumuzda “erməni saxtakarlığı” deyilən bir söz birləşməsi var. Bu, boş yerdən, qərəzdən uydurulan bir şey deyil. Gerçəkdən də erməni saxtakarlığı qədim dövrləri, orta əsrləri və yeni dönəmi dərindən əhatə edir. İnsan fəaliyyətinə aid olan bütün sferalarda erməni millətindən olan şəxslər mütləq orada bir saxtakarlıq, təhrif, plagiat və […]

Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri

Prezident İlham Əliyevin oktyabrın 22-də Azərbaycan-İran sərhədində işğal altındakı sonuncu yaşayış məntəqəsi olan Ağbənd qəsəbəsinin azad edilməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik etməsi maraqla qarşılandı. Məsələ ondadır ki, 27 ildən sonra Azərbaycanın İranla olan sərhədinin işğalda olan 132 kilometrlik hissəsi azad edilmişdi. Düzdür, bu təbrikin emisoinal hissəsi sentyabrın 27-dən bu yana sərhədə toplaşıb Azərbaycan […]

Dövlət başçısı: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik”

“Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq”. Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham […]

Koçaryanlar, sarqsyanlar və qukasyanlar niyə tələsmirlər?

“Biz daim Ermənistan Respublikasının və erməni xalqının strateji müttəfiqi kimi Rusiyanın hərtərəfli dəstəyini hiss edirik” – özünün ən son müsahibələrindən birində erməni baş naziri Nikol Paşinyan məhz belə demişdi. Amma bizim şərhlərimizi -yozumlarımızı gözləmədən hər bir diqqətli oxucu deyərdi ki, Paşinyan yenə də yalan danışır və həmişə olduğu kimi, ikiüzlülük edir. Əlbəttə ki, həmin oxucu […]

Bakıda siqaret yanğına səbəb olub

Bakı şəhərində yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Belə ki, səhər saatlarında Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli yaşayış binasının həyətində yerləşən mebel düzəldilən sexdə qəflətən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ərazidə olan elektrik naqilləri partlayıb. Yanğının […]

Azərbaycan Prezidentinin daha bir hadisə kimi müsahibəsi

İlham Əliyevin Yaponiyanın məşhur nəşrinə müsahibəsi dünyaya və xalqa mühüm mesajlarla zəngindir Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın məşhur “Nikkei”  qəzetinə müsahibəsi Qarabağ məsələsində hazırkı duruma tam aydınlıq gətirən fikirlərlə zəngindir. Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirib. Qabil Hüseynli qeyd etdi ki, Prezident ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç  ölkənin paytaxtlarında Azərbaycan və […]

İlham Əliyev Qarabağla bağlı gələcək planından danışıb

“Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031