Bu ölkənin baş naziri İSTEFA VERİR

Estoniyanın Baş naziri Kaya Kallas vəzifəsini tərk etmək niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb. Xanım Kallas Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxıb və Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyib. “Təklifi özüm etmişəm, çünki yeni nazirləri təyin etsəm, çox narazılıq olacaq”, – deyə Baş nazir qeyd edib.

ABŞ-dan Ukraynaya yeni hərbi YARDIM

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Yeni paketin dəyəri 400 milyon dollardır. Paketə 4 ədəd HIMARS raket sistemi, bu sistemlər üçün sursatlar və artilleriya mərmiləri daxildir.

İlham Əliyevdən Qurban bayramı PAYLAŞIMI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı “Twitter“ səhifəsində üzərində “Qurban bayramınız mübarək” sözləri yazılan foto paylaşıb.  

Güzəştli mənzil almaq istəyənlərə VACİB XƏBƏR

“Güzəştli mənzillərin növbəti satışı Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsini əhatə edəcək”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə keçirdiyi brifinqdə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı Cumhuriyyet.az-ın əməkdaşının sualını cavablandırarkən deyib. Agentlik rəsmisi qeyd edib ki, növbəti satışdan sonra Bakının Hövsan qəsəbəsində tikilən kompleksin ikinci mərhələsi ilə […]

Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM verdi

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncama əsasən, Fondun gəlirləri 15 985 652,3 min manat, xərcləri isə 11 382 683,9 min manat və yaxud Fondun ötənilki büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

211 mənzil 10 saniyəyə satılıb – DTX

“Mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb”. Cumhuriyyet.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib. “Ümumiyyətlə mənzil seçimi ilə […]

Zaxarova “qara siyahı”ya salındı

Kanada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovaya qarşı sanksiya tətbiq edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında məlumat yerləşdirilib. Kanadanın Rusiya Federasiyasına qarşı yeni sanksiyalarına ümumilikdə daha 29 fiziki və 15 hüquqi şəxs düşüb. Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlaması nəticəsində bir neçə ölkə Moskvaya qarşı […]

Son sutkanın vaksin statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1576 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 875, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 153 nəfərdir. […]

Aktiv xəstə sayı 310-a ÇATDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. İndiyədək ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 576 nəfər müalicə olunaraq […]

Daha iki şəhərin baş planı TƏSDİQLƏNDİ

Daşkəsən şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Daşkəsən şəhərinin Baş planı” təsdiq edilib. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Eyni zamanda digər qərarla Tərtər şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Tərtər şəhərinin Baş planı” təsdiq olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031