Vaksinasiya ilə bağlı son vəziyyət AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 513, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 185 nəfərdir. […]

Yoluxma kəskin artdı – 3 nəfər ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, […]

“Ukraynada müharibə uzun müddət davam edəcək” – Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Ukraynadakı münaqişəyə müdaxilə etmədən onu dayandırmaq istəyir. Cumhuriyyet.az xəbər verir ki, o, bu barədə TF1 və France 2 telekanallarına müsahibəsində bildirib. “Biz Ukraynada müharibənin uzun müddət davam edəcəyinə hazır olmalıyıq. Yay və payızın əvvəli çətin olacaq. Biz müharibəyə qarışmadan onu dayandırmaq istəyirik. Biz yeni dünya müharibəsi istəmirik”, – […]

Günün ikinci MİNA PARTLAYIŞI – Bu dəfə türk sürücü yaralandı

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Xocavənd rayon prokurorluğundan Cumhuriyyet.az-a verilən məlumatda bildirilib. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri […]

Səhiyyə xərcləri 18 % azaldılıb

2021-ci ildə Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 1 378,547 milyon manat xərclənib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna istinadən xəbər verir. Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 18,3% azdır. Səhiyyə xərclərinin 1,378 milyon manatı (2020-ci illə müqayisədə 2,4 dəfə çox) poliklinikalar və ambulatoriyalara, 138,754 milyon […]

Minaya düşən sürücünün vəziyyəti ağırdır – PROKURORLUQ

İyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl rayon prokurorluğundan Cumhuriyyet.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan “Azərsun holdinq”in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank […]

Ermənistan ordusunun Baş Qərargahına yeni rəis TƏYİN EDİLDİ

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, bu, general Edvard Asryandır. Müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Sənədə əsasən, Asryan bu vəzifəyə beş il müddətinə təyin edilib.

“Azərsun”un maşını Cəbrayılda minaya düşdü – Sürücü yaralandı

Cəbrayılda “Azərsun”un maşını mina düşüb, sürücü xəsarət alıb. Bu barədə Cumhuriyyet.az-a ANAMA-dan məlumat verilib. Bildiirlib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. “Azərsun Holdinq” MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü – 1996-cı […]

Tovuz döyüşləri şəhidi Vüqar Sadıqovun məzarı ziyarət olunub

Tovuz döyüşlərindən 2 il ötür. Tovuz döyüşlərində şəhid olmuş Vüqar Sadıqovun məzarı ziyarət edilib. Ziyarətçilər şəhidimizin məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Qeyd edək ki, ziyarətdə şəhidin doğmaları, rayon ictimaiyyətinin nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin əməkdaşları, gənclər və şəhid ailələri iştirak ediblər. Allahdan şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.

İcra başçısı evi yanmış ailəyə baş çəkib

Bu gün əminliklə söyləyə bilərik ki, insan amili, vətəndaş məmnunluğu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ən əsası isə ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuru üçün örnəkdir. Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031