Bu rayonların polis rəisləri dəyişdirildi

Bir neçə rayonun polis rəisləri dəyişdirilib. Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məmməd Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin […]

Əli Əsədov qərar imzaladı

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib. Cumhuriyyet.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən istifadəyə görə bu Qərara uyğun olaraq maliyyə […]

Ordunu gücləndiririk: bəs, qazilər, ailələr?

“Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil”. Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib. Deputat bildirib […]

İlham Əliyev bu nazirliyin yeni binasının açılışında…

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Cumhuriyyet.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. Kənd […]

Rusiya SES-i vurdu: Avropada əsrin ən böyük texnogen fəlakəti

Rusiyanın Kaxovka SES-i bombalaması dəhşətli müharibə cinayəti və yəqin ki, son onilliklərdə Avropadakı ən böyük texnogen fəlakətdir. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. “Rusiyanın Kaxovka bəndini dağıtması ehtimal ki, son onilliklər ərzində Avropada ən böyük texnogen fəlakətə səbəb olub. Minlərlə mülki insanın həyatı təhlükə altındadır. Bu, dəhşətli müharibə […]

ARTİ: Son 6 ildə 8000 müəllimin iş yeri dəyişdirilib

Son 6 ildə müəllimlərin yerdəyişmə müsabiqəsi çərçivəsində 8000 müəllimin iş yeri dəyişdirilib. Cumhuriyyet.net xəbər verir ki, bunu Təhsil İnstitutunun (ARTİ) İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. O bildirib ki, ötən ildən tətbiq olunan müəllimlərin qarşılıqlı iş yerlərinin dəyişdirilməsi çərçivəsində isə bu ilin sonuna qədər iş yerlərini dəyişdirmiş müəllimlərin sayı 300 nəfərə çatacaq.

Deputat: Sertifikasiyada 11 min müəllimdən 2800-ü imtahandan keçmədi

“Ötən il sertifikasiyada 11 min müəllimdən 2800-ü imtahandan keçmədi. İmtahandan keçənlərdən isə 50 +1 bal toplayanları çox az idi”. Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Etibar Əliyev deyib. Deputat bildirib ki, dövlət büdcədən pilot proqramların […]

Sabah hava necə olacaq?

İyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.net-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 23-27° isti olacaq. Atmosfer […]

İran yeni hipersəs raketini təqdim etdi

İran 1400 kilometr mənzilli “Fəttah” adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, raketin sınağında İran Prezidenti İbrahim Rəisi və SEPAH-ın yüksək rütbəli komandirləri iştirak ediblər. İranın “Fəttah” adlı ilk hipersəs ballistik raketinin hazırlanması barədə məlumat 2022-ci ilin payızında məlum olub. SEPAH komandiri Əmir […]

Türk ölkəsində çevriliş ssenarisi – Təfərrüat

Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslərin həbsi ilə bağlı detallar məlum olub. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Qırğızıstan mediasında məlumat yayılıb. “Qırğızıstan hüquq-mühafizə orqanları dövlət çevrilişində şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb. Onlar kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdırıblar. Əsas təşkilatçı isə “Eldik Keneş” (Xalq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930