“Aztəminatlı ailələrin tibbi sığorta məsələsi insanları narahat edir” – Deputat

“Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqindən sonra işləməyən şəxslərin və aztəminatlı ailələrin necə sığorta olunması məsələsi insanları daha çox narahat edir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib. “İcbari tibbi sığortanın tətbiqindən sonra əmək haqları yüksək və […]

“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi

Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar”, hər il olduğu kimi bu il də Göyçayda keçirilmiş Nar festivalında aktiv iştirak edib. Mobil operator festivalın keçirildiyi ərazidə böyük “Nar” çadırı quraşdırıb və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradıb. Təşkil edilən müsabiqələr və əyləncəli oyunlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb və tədbir iştirakçıları müxtəlif hədiyyələrlə […]

Müsavat Partiyasının başqanı sərbəst buraxılıb – YENİLƏNİB

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb. Bu barədə “facebook”da partiya sədri özü məlumat verib. *** 14:14 Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb. Bu barədə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O, qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən […]

AMEA-da struktur islahatları – İdarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Eyni zamanda Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə […]

Naxçıvan MR-in Qaz İstismar Xidmətinə rəis təyin olunub

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinə rəis təyin olunub. APA-nın xəbərinə görə, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi təyin edilib.

Şeyxülislamın həkim qızı: “Anladım ki, hər şeyin arxasında insanın psixoloji dünyası durur…”

Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Vəfa Paşazadənin e-tibb.az-a müsahibəsi – Hər bir kəsin uşaqlıq arzusu olur, uşaqlıqda heç ağlınıza gəlirdimi ki, bu peşəyə yiyələnəcək, həkim olacaqsınız? – Uşaqlıqdan rəssamlığa istedadım və meylim olsa da, həkim olmaq istəyi daha güclü idi. Bu peşəyə yiyələnmək arzusunun əsas səbəbkarı […]

“Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur” – Nikol Paşinyan

“Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”. “Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə amerikalı jurnalistin sualına cavab olaraq bildirib. Hökumət başçısı jurnalistin “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşırımı” sualına cavabında deyib: “Mən elə fikirləşmirəm. Biz hazırda Avrasiya İqtisadi İttifaqının üzvüyük. Biz bu təşkilat daxilində əməkdaşlığımızı inkişaf etdirməyə hazırlaşırıq. Bu […]

Dünyanın ən məşhur robotları Bakıya gələcək

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. “APA-Economics”in sərgi təşkilatçılarına istinadən verdiyi məlumata görə, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb. Həmçinin “Robopark”da müxtəlif […]

Qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb- RƏSMİ

Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Cümhuriyyət”ə verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi […]

“Bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub…” – YAP-dan piketlə bağlı açıqlama

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidiyik. 2020-ci ilin dövlət büdcəsi müstqəiliyimiz tarixində ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini əks etdirir. Bu baxımdan büdcəni sosial büdcə adlandıra bilərik”. “Report” xəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930