Naxçıvan İran vətəndaşlarına vizanı ləğv edib – XİN məlumat yaydı

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib. Bu barədə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi məlumat yayıb. Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər: “İran İslam Respublikası vətəndaşları Naxçıvan Muxtar Respublikasına səfər etdikləri zaman onlara Culfa, Şahtaxtı və Sədərək sərhəd-nəzarət məntəqələrində muxtar respublikaya giriş […]

Xırdalanda avtomobil yollarının əsaslı təmirinə 3,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA xəbər verir ki, sərəncamla Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz […]

Dövlət qurumu MTN-in özünü asan polkovnikini məhkəməyə verib – Pul tələb edir

Əmanətlərin Sığortalanması Fondu həbsdə intihar etdiyi bildirilən keçmiş MTN polkovniki, nazirliyin Antiterror İdarəsinin rəis müavini olmuş İlqar Əliyevi məhkəməyə verib. Fond iddia edir ki, İ.Əliyevin «Texnikabank»a ödənilməmiş borcu var.  “Azadlıq” radiosunun əldə etdiyi iddia ərizəsindən bəlli olur ki, tələb olunan məbləğ 5 min 626 manatdır. Bunun 3 min 137 manatı əsas borc, 2 min 62 manatı faiz, […]

“PUBLIC AZERBAIJAN” Konsepsiyası yaradıldı

Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə ehtiva edəcək “PUBLIC AZERBAIJAN” Konsepsiyası yaradıldı. “Yeni Gundem” xəbər verir ki, “PUBLIC AZERBAIJAN” Konsepsiyasında “PUBLIC” Jurnalı dərc olunacaq, “PUBLIC AWARDS” mükafatı təqdim olunacaq, ictimai, iqtisadi və mədəni sahələrdə müxtəlif tədbirlər təşkil olunacaq. “PUBLIC” Jurnalında müxtəlif ictimai, iqtisadi, mədəni və sosial fəaliyyətlər işıqlandırılacaq. Fərdi təşəbbüslər, fərqli müsahibələr və təqdimatlar jurnalda öz əksini tapacaq. “PUBLIC […]

“Dövlətimizin mövqeyini azsaylı mitinq cəhdləri ilə zəiflətməyin”

BAXCP sədri: “İqtidar partiyasının dəstək vermədiyi halda, onminlərin, yüzminlərin iştirakı ilə kütləvi aksiyanın keçirilməsi mümkün deyil” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bəzi müxalifət partiyalarının Dağlıq Qarabağla bağlı mitinq keçirmək təşəbbüsünə münasibət bildirib. BAXCP sədri deyib: “Azərbaycanda real vəziyyət ondan ibarətdir ki, iqtidar partiyasının dəstək vermədiyi […]

AVRASİYA BİRLİYİNİN TOPLANTISINA NİYƏ QATILIRIQ? – “Prezidentin bu tədbirdə iştirakında qəbahət görmürəm”

Rusiya Xarici işlər naziri Sergey Lavrov, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsin sədrinin müavini Konstantin Zatulin və başqa Rusiya rəsmilərinin işğalçı Ermənistana dəstək bəyanatlarına baxmayaraq, rəsmi Bakı Rusiya ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətini nümayiş etdirir.  Dünən məlum oldu ki, ölkə prezidenti İlham Əliyev dekabrın 20-də Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburq […]

500 minlik dələduzluğa görə həbs edilən şirkət rəhbəri apellyasiya şikayəti verib

Dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Tapdıq Namazovun barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib. “Report”un xəbərinə görə, şikayətə hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya baxacaq. İlkin baxış iclası noyabrın 28-nə təyin edilib. Qeyd edək ki, T.Namazov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, […]

AAYDA Bibiheybətdəki yolun çökməsi ilə bağlı ittihamlara cavab verib

“Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, Dövlət agentliyinin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan […]

Əli Əhmədov qəzalı bina ilə bağlı göstəriş verdi

“Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş Nazirə müraciətinə baxılıb”. Bu barədə “Cümhuriyyət”ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. O bildirib ki, Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Mazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayonu […]

Nazirlik pensiya ilə bağlı ittihamlara cavab verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə pensiya məsələləri ilə bağlı səsləndirilən ittihamlara cavab verib. Nazirlikdən “Cümhuriyyət”ə verilən məlumata görə, bəzi şəxslər sosial ödənişlərin, o cümlədən pensiyaların ciddi şəkildə artımı və vətəndaşların pensiya sisteminə əlçatanlığının artırılması ilə nəticələnən köklü islahatlara kölgə salmaq məqsədilə əsassız ittihamlar irəli sürürlər. “Həmin şəxslərin nəzərinə çatdırırıq ki, pensiya hüququnun əldə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930