Hakimiyyət xalq etirazı qarşısında geri çəkilir

Son günlər Azərbaycan hökumətində ciddi yarpaq tökümü baş verir. Baş nazir Novruz Məmmədovun istefaya göndərilməsi ilə başlanan dəyişikliklər Prezident Administrasiyasının rəhbərliyinə qədər gedib çıxıb. Yaxın günlərdə bir sıra nazirlərin və yüksək vəzifəli məmurların da tutduğu postu itirəcəyi gözlənilir. Xatırladaq ki, Əli Həsənov və Hacıbala Abutalıbov baş nazirin müavinləri vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Bunun ardınca […]

Yeni radio kanalı yaradılır

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu barədə “Cümhuriyyət”ə  MTRŞ-dən məlumat verilib. Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə […]

Azərbaycan Şahmat Olimpiadasının qalibi olub

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb. APA-nın məlumatına görə, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub. IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma […]

Oktay Gülalıyev Türkiyəyə aparılır

“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağırdır”. “Cümhuriyyət” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, həkimlər O.Gülalıyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər: “Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür”. Qeyd edək ki, […]

Ölkədə ilk dəfə 3D formatlı cihazla əməliyyat aparılıb – FOTO

Azərbaycanda ən modern texnologiya əsasənda unikal tibbi əməliyyatların icra olunduğu Tədris Cərrahiyyə Klinikasında növbəti ilkə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkəmizdə ilk dəfə olaraq 3D+ Laparoskopik ginekoloji əməliyyat icra edilib. Bu barədə “Cümhuriyyət”ə ATU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cərrahiyyə əməliyyatı Klinikanın II-ci Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və komandası […]

Azərbaycanda bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək […]

AYİB-in “Unibank”dakı payını satdı – Eldar Qəribov aldı

“Unibank” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribov Bankın nizamnamə kapitalındakı payını 41,9%-dən 77,4%-ə çatdırıb. Bu barədə “Report”a Bankdan bildirilib. Məlumata görə, əvəzində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) payı 44,5%-dən 9%-ə düşüb. E.Qəribov AYİB-in “Unibank”ın fəaliyyətində xüsusi iştirakının və mühüm rolunun olduğunu vurğulayıb, onun uzun illər “Unibank”ın səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi […]

AVRO-2020-ni Azərbaycanda yayımlayacaq telekanalların adları açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib. Bu barədə “Cümhuriyyət”ə İTV-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə nəzərdə tutulan AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi saat 21:00-dan İTV […]

Nazirdən generalla bağlı bir gündə 2 əmr – Həzi Aslanovun vəzifəsi dəyişdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir. Strateq.az xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb. Nazirin digər əmriylə, Həzi […]

Hasar xəttin üstünə aşdı: mindən çox ailə qazsız qaldı

Xəzər rayonu, Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb. “Azəriqaz” İstehsalat Birliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930