Kürəsəlləşən dünyamızda vicdan azadlığı

  Vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir. İnsan haqları və azadlıqları, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Ölkəmizdə də bu sahə Azərbaycan Respublikası Konstitutsiyası və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Konstitutsiyamız tam mənası ilə dini etiqad azadlığını tanıyır. Konstitutsiyanınn […]

“Yeni Müsavat”ın baş redaktoru İSTEFA VERDİ

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Azər Ayxanın özü bildirib: “”Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım. “Yeni Müsavat”ın baş redaktoru vəzifəsindən istefa verdim. Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, […]

Putinlə Makronun qalmaqallı söhbətinə Lavrovdan REAKSİYA

“Rusiya həmişə danışıqları elə aparır ki, sonra mövqeyindən utanmasın”. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında konfidensial danışıqların Fransa tərəfindən mediada dərc olunmasını şərh edərkən deyib. “Prinsipcə, biz elə danışıqlar aparırıq ki, heç vaxt utanmayaq. Biz həmişə düşündüklərimizi deyirik, bu sözlərə görə […]

Yeni dövlət standartı qəbul edildi

Azərbaycanda müştəri məmnuniyyətinin təmin edilməsi, artırılması, o cümlədən bu sahədə keyfiyyətin yüksəldilməsi məqsədilə AZS ISO 10002:2022 “Keyfiyyəti idarəetmə – Müştəri məmnuniyyəti – Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib. Bu barədə Cumhuriyyet.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Məlumata görə, “Keyfiyyət Assosiyasiyası” İctimai Birliyinin təqdim […]

200 uşaq aclıqdan ölüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvar ayından bəri Somalidə ən azı 200 uşağın qida çatışmazlığı səbəbindən öldüyünü açıqlayıb. Cumhuriyyet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) tərəfindən yayılan açıqlamada Somalinin 2017-ci ildən bəri ilk dəfə “fəlakətli qida təhlükəsizliyi”nin şahidi olduğunu bildirib. Qeyd edilib ki, quraqlıq şəraiti ölkənin 8 bölgəsində ardıcıl dördüncü […]

Azərbaycan neftinin qiyməti kəskin UCUZLAŞDI

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşdı. Cumhuriyyet.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 11,08 ABŞ dolları, yaxud 8,6 % azalaraq 117,72 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda […]

Ermənilər Kəlbəcəri yenidən atəşə TUTDU

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Qazaxda Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad edilib

2020-ci il! Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk olunan şanlı tarix! O tarix ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Azərbaycan özünün yeni tarixini yazdı. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz şanlı Zəfər, tarixi Qələbə bütün dünyaya haqqın, […]

Çin yenidən sərt karantinə qayıtdı

Çinin Sian şəhərində koronavirusa 18 yeni yoluxma halı aşkar edilib. Cumhuriyyet.az xəbər verir ki, hökumət yoluxanların sayının artmasından narahat olub. Məlumata görə, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, şəhərdə sabahdan bar, restoran, kafe, ibadət yerləri və əyləncə məkanları 1 həftəlik bağlanacaq. Eyni zamanda insanların şəhərə giriş-çıxışına da məhdudiyyət qoyulacaq.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031